1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) kreditlərin güzəştli restrukturizasiya proqramını təklif edir
11.07.2017

Baki, FinanceTime.  Bank VTB (Azərbaycan) kreditini ödəməkdə çətinliklə üzləşən müştərilərinə borc yükünü azaltmaq və onları dəstəkləmək məqsədilə kreditlərin restrukturizasiyası üzrə yeni proqramını təqdim edir. Proqram manat, rubl və dollarda olan bütün növ pərakəndə kreditlər üçün bir sıra güzəştli şərtlər nəzərdə tutur.

Restrukturizasiya “Nağd kredit”, “Kredit kartları”, “Girovlu istehlak krediti” və “Avtokredit” kimi məhsullar üzrə mümkündür. Məhsuldan asılı olaraq kreditin faiz dərəcəsi azaldılaraq cəmi 8% təşkil edəcək. Kreditin müddəti isə 48 və 60 ayadək uzadıla bilər.

Yeni proqram kreditin restrukturizasiyası üçün ilk dəfə müraciət edənlərə, eləcə də bundan əvvəl borcu restrukturizasiya olanlara aiddir. Təkrar restrukturizasiya zamanı proqramdan borc üzrə gecikməsi 90 günədək olan müştərilər istifadə edə bilər. Qaydalara əsasən, ilk dəfə restrukturizasiya üçün müraciət edənlər üçün borcun müddəti 360 günü keçməməlidir.

Müştərilərini dəstəkləməkməqsədi iləbank VTB (Azərbaycan) yeni proqram çərçivəsində həmçinin əhəmiyyətli endirimlər təklif edir. Bank, restrukturizasiya etdikdən sonra kredit üzrə borcunu gecikmədən ödəməyə hazır olan müştəriləri üçün borcun üzərinə yığılmış faiz borcunun 50%-ni bağışlamaq niyyətindədir.

Bundan başqa, yeni restrukturizasiya proqramına görə əsas borcunun 10%-dən az olmayan hissəsini ödəyən və ödəniş qabiliyyətini təsdiqləyən müştərilər dollarda olan kreditlərini manata çevirə biləcək. Bu zaman yeni kredit xətti üzrə faiz dərəcəsi illik 20% təşkil edir.

Restrukturizasiya proqramı haqqında daha ətraflı məlumat üçün müştərilər bankın filiallarına müraciət edə və ya 986 qısa nömrə vasitəsi ilə (Azercell abunəçiləri üçün 012 986) əlaqə saxlaya bilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment