1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku-nun Bolkart debet və əmək haqqı kart sahibləri illik 5% GƏLİR qazanacaq!
12.07.2017

Baki, FinanceTime. Ölkənin aparıcı və ən innovativ banklarından biri olan Bank of Baku müştəri məmnuniyyəti və rahatlığı üçün növbəti yeniliyə imza atır. Belə ki, Bank Bolkart debet və əmək haqqı kart müştərilərinə illik 5% gəlir əldə etmələrinə imkan yaradır.

Tətbiq edilən bu yenilik sayəsində müştərilər, Bankda əmanət hesabı açmadan gündəlik olaraq əlavə gəlir qazana biləcəklər. Əmanət hesabından fərqli olaraq, bu kart sahibləri balanslarındakı vəsaiti istədikləri an heç bir komissiya tutulmadan nağdlaşdıra və ya hesablarından çıxara bilərlər. 

İllik 5% gəlir qazanmaq üçün, Bolkart debet və Bank of Baku-nun əmək haqqı kart sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir. Əlavə faiz balansdakı qalıq məbləğin üzərinə gündəlik olaraq gəlir. Bu xidmət, hələ ki, AZN valyutasında olan kartlara şamil olunur. Cari Bolkart sahibləri artıq bu üstünlükdən faydalana bilər.

Qeyd edək ki, bu yenilik Bank of Baku-nun bu yay “GƏLİİİR” şüarı altında elan edəcəyi onlarla silsilə kampaniya və yeniliklərindən sadəcə biridir.  

Bank of Baku-nun bu və digər xidmətləri haqqında daha ətraflı məlumat üçün, Bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifələrinə müraciət edə bilərsiniz.

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment