1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank biznes üçün unikal kart məhsulu olan Tacir Kartı təqdim edir
14.07.2017

Baki, FinanceTime.  Ölkənin aparıcı korporativ bankı - PAŞA Bank iş adamlarını dəstəkləmək məqsədi ilə bazara unikal kart məhsulu təqdim edir – Tacir Kart.

Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.

Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin Distribyutor üçün ən önəmli üstünlüklərindən biri  18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğinavtomatik çıxarılaraq Sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.  

Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.

PAŞA Bankın Baş kommersiya İnzibatçısı Melih Mengünün sözlərinə görə,Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur. “Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edəcək» - deyə, M. Mengü yekunlaşdırdı.

Tacir Kartdan istifadənin əsas üstünlükləri:

 

Sahibkarlar üçün:

•       Ən qısa müddətdə nağd ödənişlərdən qeyri-nağd ödənişlərə keçid

•       Hesabatlılığın asanlaşması

•       Kartın kredit xəttindən faydalanmaq imkanı

•       Hər Distribyutor üzrə müxtəlif limitlərin müəyyən olunması

 

Distribyutor şirkətlər üçün:

•       Pul dövriyyəsinin nağdsız formaya keçməsi

•       Şirkətin pul dövriyyəsinin effektiv idarə edilməsi

•       Mobil POS terminal vasitəsi ilə ödənişlərin qəbulu

•       Nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması

•       Vəsaitin həmin gün hesaba köçürülməsi

•       İnkassasiya xidmətinə ehtiyacın olmaması

•       Hesabatlılığın asanlaşması

•       Sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment