1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in prezidenti nüfuzlu “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında
18.07.2017

 

Şirkət kommunikasiya xidmətləri  üzrə aparıcı provayder kimi mükafatlandırılıb

Baki, FinanceTime.  Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC növbəti beynəlxalq mükafata layiq görülüb. Şirkət “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında  milli bazar və beynəlxalq reytinqdə güclü mövqeyinə, müasir idarəetmə texnologiyalarının uğurla həyata keçirilməsinə, personalın yüksək hazırlıq səviyyəsinə və səmərəli marketinq strategiyasına görə mükafatlandırılıb. Azercell-in kommunikasiya xidmətləri üzrə aparıcı provayder kimi mükafatlandırıldığı konfransda şirkətin prezidenti Vahid Mürsəliyev iştirak edərək mükafatı qəbul edib. Avropa Biznes Asambleyası Azercell Telekom MMC-nin gələcəkdə  daha da uğurlu və sürətli inkişafına inanaraq, konfransda iştirak etdiyinə görə Vahid Mürsəliyevə öz minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, İsveçrənin Luserne şəhərində keçirilən “Keyfiyyətdə Mükəmməllik” Beynəlxalq Konfransı Avropa Biznes Asambleyası (Birləşmiş Krallıq), Oksford Elmi Birliyi (Birləşmiş Krallıq), Avropa Tibb Assosiasiyası (Belçika) və İsveçrə Keyfiyyət Standartları İnstitutunun (İsveçrə) birgə dəstəyi nəticəsində baş tutan illik tədbirdir. 54 ölkədən 200—dən çox regional biznes, professional və elm nümayəndələri bir araya gəldiyi tədbirdə mütəxəssislər biznesin təkmilləşdirilməsi və müsbət sosial transformasiya istiqamətində bir-biri ilə fikir mübadiləsi aparıblar. Konfransda  əsas diqqət 4 sektorda mükəmməlliyin rol modellərinə: şəhərin idarəolunması, korporativ, səhiyyə/tibbi səyahət və təhsilin idarəolunması sahələrinə yönəldilib.

Qeyd edək ki,Azercell dəfələrlə yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlandırılıb. Şirkətin qazandığı beynəlxalq mükafatlar sırasında “Stevie Beynəlxalq Biznes”, “Socialbakers Engage Award”, Socially devoted” və s. kimi nüfuzlu mükafatlar yer alır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment