Baki, FinanceTime. 19 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100258S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 200 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15investor tərəfindən 19 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 431,537,900.00 AZN təşkil etmişdir.
Sifarişlər 99.1255 AZN (11.34%) və 99.2278 AZN (10.01%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti –99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar19.07.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 200,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi16.08.2017-ci ildir.