1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Dünkirk”— 40% daha çox görüntü və təkrarolunmaz təəssüratlar yalnız Azercell IMAX®- da
20.07.2017

 

 “Dünkirk” filmi Kristofer Nolan tərəfindən IMAX®kamerası vasitəsi ilə 70 mm-lik lentə alınmışdır.

Baki, FinanceTime.  Rejisssor Kristofer Nolanın “Dünkirk” epik dramının çoxdandır gözlənilən premyerası ərəfəsində məlum olmuşdur ki, filmin böyük hissəsi IMAX® 2D kamerasının geniş formatlı lenti ilə çəkilmişdir. Nolan filmi öz orijinal ssenarisinə əsasən çəkmişdir və bu tarixi hadisəni böyük ekranda əks etdirmək və özünəməxsus təəssürat yaratmaq məqsədi ilə IMAX® kameralarının bütün imkan və üstünlüklərindən faydalanmaq qərarına gəlmişdir.

Yalnız Azercell IMAX kinoteatrında film genişləndirilmiş 1.43:1 nisbətində təqdim olunacaq və bütün ekranı əhatə edərək izləyicilərə standart kinozallardan fərqli olaraq 40% daha çox görüntü izləmək imkanı yaradacaq. Bu isə IMAX®formatının sizlərə daha çox görüntü, yüksək keyfiyyət, filmə maksimal qərq olma və unudulmaz təəssüratlar bəxş etməsi deməkdir. 

“Dünkirk” filminin çəkiliş komandası izləyiciləri yeni yüksəkliklərə apara bilmək üçün “Spitfayr” təyyarələrinə IMAX® kamerasını quraşdırmışdır. “Görüntünün unikal keyfiyyətinin dünyada analoqu yoxdur. Biz həqiqətən də çox çalışdıq və, necə deyərlər, eynəksiz virtual reallıq təəssüratını yaratdıq,” — deyə filmin rejissoru Kristofer Nolan bildirmişdir.

IMAX® formatında “Dünkirk” izləyicilərə demək olar ki, filmdəki hadisələrə qərq olmaq və İkinci Dünya Müharibəsi zamanı Dünkerk sahilində düşmənin tələsinə düşmüş 400 000 britaniyalı və müttəfiq qüvvələri xilas etmək üçün aparılan zamanla mübarizənin bir hissəsinə çevrilmək imkanı yaradır.

Filmi geniş formatda 20 iyul 2017-ci il tarixindən etibarən Azercell IMAX kinoteatrında izləyə bilərsiniz.

 

 

Film haqda

Real hadisələrə əsaslanan bu film Britaniya, Belgiya və Fransiya əsgərlərinin Dünkirk sahilində alman qoşunları ilə əhatəyə alındığı İkinci Dünya Müharibəsi tarixinə aid olan hərbi əməliyyatdan bəhs edir.  Filmin ilk kadrlarında yüzlərlə Britaniya və müttəfiq qoşun əsgərlərinin düşmən qoşunu tərəfindən əhatəyə alındığını görürük. Əsgərlər arxdan dəniz qarşıdan isə düşmənin yaxınlaşdığını görərək tədirgin vəziyyətə düşür.

Filmin çəkilişləri Fransa, Niderland, Birləşmiş Krallıq və Los-Ancelesdə baş tutmuşdur. Filmdə çəkilmişlər: Kennet Brana, Killian Merfi, Fyon Vaythed, Mark Raylens və Tom Hardi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment