Baki, FinanceTime. 21 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2019008682 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir
İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si
|
AZ2019008682
|
Hərraca çıxarılan həcm (nominal qiymətlə)
|
25 000 000 AZN
|
Bir istiqrazların nominal qiyməti
|
1000 АZN
|
İstiqrazların tədavül müddəti
|
7560 gün
|
İstiqrazlar üzrə gəlirlilik
|
3 %
|
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1008.83 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.