1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır
21.07.2017

Baki, FinanceTime. “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 262 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qiymətləndirmənin həyata keçirilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti yekunlaşır.

Bildirək ki, pilot layihə çərçivəsində 10 mərkəzi icra hakimiyyəti və Bakı şəhərində yerləşən yerli icra hakimiyyəti orqanlarının ümumilikdə 411 xidməti üzrə qiymətləndirmə həyata keçirilib. Xidmətlər 7 parametr və 143 altmeyar üzrə dövlət orqanları tərəfindən doldurulan anketlərdə qeyd edilən əsaslandıcı məlumatlar nəzərə alınmaqla qiymətləndirilib.

Göstərilən dövlət xidmətləri barədə ictimaiyyətin birdən çox üsulla məlumatlandırılması, xidmətin elektronlaşdırılması, xidmətin qısa müddətə göstərilmə imkanlarının olması, vətəndaşdan sənəd tələb edilmədən mövcud informasiya sistemlərindən inteqrasiya üsulu ilə əldə edilməsi, xidməti həyata keçirən məmurların nəzakətliliyi, vətəndaşların şikayətlərinin qəbul və araşdırma mexanizminin olması və vətəndaşların xidmət barədə rəylərinin öyrənilməsi “ASAN xidmət” indeksinin yüksək olmasına səbəb olan amillərdəndir.

Qeyd edək ki, qiymətləndirmə nəticələrinin və hər bir xidmət üzrə “ASAN xidmət” indeksinin bu ilin sentyabr ayında ictimaiyyətə açıqlanması nəzərdə tutulur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment