1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verdi
21.07.2017

Baki, FinanceTime. Kapital Bank filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küç., 24 ünvanında yerləşən Gəncə filialı nəzdində müştərilər üçün 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verdi. Yeni xidmət mərkəzidə 24 saat ərzində ödəniş terminalları vasitəsi ilə kommunal və bank ödənişləri, ATM vasitəsi ilə isə sürətli köçürmələrin qəbulu, nağd vəsaitin hesaba mədaxil və məxarici mümkün olacaq.

Region filialları üzrə ilk olan Gəncə 24/7 elektron xidmət mərkəzi onun göstəricisidir ki, Kapital Bank paytaxt ilə paralel Region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Bundan öncə Bakı üzrə Nərimanov, Mərkəz, 28 may, Qara Qarayev, İçərişəhər filiallarında 24/7 elektron xidmət mərkəzlərini istifadəyə verib. Ötən aydan etibarən həmçinin Abşeron, Sumqayıt, Şuşa, Əhmədli, Binəqədi və Bərdə filiallarında xarici ödəmə terminallarını quraşdırılıb. Həmin terminallar vasitəsi ilə müştərilər kredit ödənişləri, plastik kart hesablarına mədaxil,  büdcə, rabitə, sığorta, kommunal ödənişləri həyata keçirə bilərlər.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Buzovna, Dəmiryol, Lökbatan və ASAN Masallı şöbələri fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment