1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankda internet bankinq Asan oldu!
21.07.2017

Baki, FinanceTime. Unibankın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar indi yenilənmiş internet bankinq xidmətinə ”Asan İmza” ilə də qoşula bilirlər. Unibankın internet bankinq xidmətindən yararlanarkən “Asan İmza” mobil elektron imzanın istifadəsi bir çox üstünlüklərə malikdir. Bu üstülüklərdən biri də ödənişlərlərlə bağlı sənədin bank sisteminə avtomatik daxil olma imkanının təqdim edilməsidir.  

“Asan İmza” (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. “Asan İmza” (Mobil imza) bütün mövcud e-xidmətlərdən maksimum təhlükəsiz şərtlərdə istifadəni mümkün edir. Bu texnologiyanın açar üstünlüyü əlavə proqram təminatına və smart kartı oxuyan qurğuya ehtiyacın olmamasıdır."Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan xüsusilə "Asan İmza"nın  ölkə qanunvericiliyə əsasən qanuni mobil elektron imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyi təmin etməsini vurğulamaq olar. “Asan İmza”nı əldə edən müştərilərimiz eyni zamanda ölkədə fəaliyyət göstərən Elektron Hökumət və digər portallar vasitəsilə təqdim olunan 500-dən artıq elektron xidmətdən istifadə imkanı əldə etmiş olurlar. Buna görə də “Asan İmza” sahibləri evdən, iş yerindən ayrılmadan və ya dünyanın istənilən nöqtəsindən Unibank internet bankinq xidmətlərindən çox asan, sürətli və təhlükəsiz şəkildə istifadə edə biləcəklər.

Unibankın yenilənmiş internet bankinqində hansı təkmilləşmələr aparılıb?

- Ölkədaxili və bankdaxili əməliyyatlar daha çox imkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb;

- Büdcə ödənişləri (DSMF/Vergi/Gömrük və digər) bölümü yeni dizaynda təqdim edilib və istifadəsi daha asan olub;

- Təqdim olunan Azercell bölümü şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilməklə yanaşı, asanlaşdırılıb;

- Maaş Köçürmələri bölümünə yeni imkanlar əlavə edilib;

- Avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb;

- Ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank internet bankinq- təhlükəsizlik və rahatlıq hər zaman 1-ci yerdə!

Unibank-hər kəsin bankı!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment