1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət”in internet səhifəsi yeniləndi
25.07.2017

Baki, FinanceTime.  “ASAN xidmət”in tam yenilənmiş korporativ saytı vətəndaşların istifadəsinə verilib.

Vətəndaşların rahatlığını təmin etmək üçün yaradılmış yeni saytın əsas səhifəsi 8 bölmədən ibarətdir.

Vətəndaşlar saytın “ASAN xidmətlər”, “ASAN Kommunal”, “Səyyar ASAN xidmət” bölmələrinə daxil olaraq, göstərilən xidmətlər barədə ətraflı məlumat ala bilərlər.

“Onlayn növbə” bölməsinin köməyi ilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən qabaqcadan müvafiq xidmət üçün növbəyə yazılmaq mümkündür.

“ASAN könüllülük” məktəbinin fəaliyyəti ilə yaxından tanış olmaq və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat əldə etmək üçün yenilənmiş saytda könüllülərin “ASAN School” təcrübə məktəbinə interaktiv keçid yerləşdirilib.

Yenilənmiş saytın “Statistika” bölməsində “ASAN xidmət”ə daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumatlar əks olunub. Saytın əsas səhifəsində həmçinin “ASAN Ödəniş” portalına keçid təqdim edilib. “Çağrı mərkəzi” bölməsində isə “ASAN xidmət”in 108 qısa nömrəsi ilə vətəndaşları dövlət xidmətləri haqqında məlumatlandıran “Çağrı mərkəzi”nin fəaliyyəti barədə məlumat yer alıb.

Saytdan istifadənin maksimum asanlaşdırılması üçün yenilənmiş və rahat daxili naviqasiya sistemi tətbiq olunub. Bu, vətəndaşlara cəmi bir neçə addıma onları maraqlandıran suallara cavab tapmağa imkan verir.

Bundan başqa, “ASAN xidmət”in yeni saytı mobil telefon istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb və Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Saytın bu və digər yenilikləri ilə www.asan.gov.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment