1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mobil Diş Klinikası təmənnasız yardımı davam etdirir
26.07.2017

Baki, FinanceTime.   “Azercell Telekom” MMC-nin Mobil Diş Klinikası 2017-ci ilin yanvar-iyun ayları ərzində həyata keçirdiyi müayinələr haqqında hesabatı açıqlayıb. Yanvar ayında Mobil Diş Klinikası Pirşağıda 10 saylı internat evindəki 124 uşağa xidmət göstərib. Fevral və mart ayları ərzində klinikanın həkimləri Zəngilan şəhərciyi tam orta məktəbinin 50 nəfər şagirdini müayinəyə cəlb ediblər. Aprel və may aylarında Əhmədli qəsəbəsi SOS Uşaq Kəndində məskunlaşan 102 nəfər uşaq peşəkar stomatoloji xidmətdən yararlana bilib. İyun ayında isə həkimlər Yasamal Rayonu Əlillər Təşkilatında 47 nəfərə təmənnasız yardım ediblər.

Ümumilikdə yanvar-iyun ayları ərzində 323 nəfər müayinədən keçib.

Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib. 

Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC  Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Fəaliyyət göstərdiyi 6 il ərzində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment