1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sərfəli “Tətil” paketlərindən birini seç, Ukraynaya “Nar” ilə səyahət et!
28.07.2017

Baki, FinanceTime.  Yay mövsümü ilə əlaqədar öz abunəçilərinin artan rabitə və mobil internet ehtiyaclarını qarşılamaq üçün “Nar” rominq qiymətlərini daha sərfəli etdi. Mobil operatorun təqdim etdiyi “Tətil” paketləri xüsusilə qonşu ölkələrə səyahət edənlər üçün daha əlverişlidir. Məsələn, Ukraynaya mütəmadi səyahət edən istifadəçlər rominqdə internetin indi daha sərfəli olduğunu qeyd edir, sərfəli internet paketləri sayəsində artıq Kiyev, Xarkov, Odessa və ya Lvovda də özlərini evdəki kimi hiss edir, Wi-Fi axtarmağa ehtiyac duymurlar. Artıq Ukraynaya gedərkən, “Nar”-ın “Tətil”paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.  

Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil – 2” və 600 Mb həcmindəki “Tətil – 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. Təklif “Nar” operatorunun 30 sentyabr 2017-ci il tarixinədək davam edəcək “Tətil” kampaniyası çərçivəsində verilir və ABŞ, İsrail, Gürcüstan, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan kimi ölkələri də əhatə edir. “Tətil – 2” paketinə qoşulmaq üçün *777#102#YES, “Tətil – 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir. “Nar” rominq xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.  

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.  2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment