1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Pulsuz göz müayinələri davam edir
31.07.2017

Baki, FinanceTime.  Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən Mobil göz klinikasında yanvar-iyun ayları ərzində 700-dən çox  ehtiyacı olan xəstələr müayinədən keçib, bunun 500-ə yaxını böyük, 200-dən çoxu isə uşaqdır. Yanvar ayları ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım göstəriblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib. Eyni zamanda Əmircan qəsəbəsi 13 saylı və Hövsan qəsəbəsi 23 saylı poliklinikada 58 nəfər müayinə olunub. Sabunçu rayonu Sosial Müdafiə Fondunun dəstəyi ilə isə 42 nəfər müayinədən yararlanıb.

Fevral ayında həkimlər Bilgəh və Şağan qəsəbəsində ümumilikdə 78 nəfəri müayinə ediblər. Bilgəh qəsəbəsi 11 saylı internat məktəbində 42, Şağan qəsəbəsi Əlilliyi olanlar üçün müalicəvi pansionatda 36, Nərimanov rayonu "Qızıl Aypara" cəmiyyətində isə 32 nəfər müayinəyə cəlb olunub.

Yaz aylarında da klinikanın həkimləri yüksək və aktiv fəaliyyətləri ilə seçilib. Mart ayında həkimlər Nərimanov rayonundakı Rus icmasına, Gəncə Şəhərində SOS Uşaq Kəndindəki uşaqlara və Lökbatan qəsəbəsində məskunlaşan qaçqınlara xidmət göstəriblər.

Aprel və may aylarında Mobil göz klinikasının həkimləri Pirşağı qəsəbəsi 10 saylı internat evində 29, İcra Hakimiyyətinin dəstəyi ilə Pirallahı qəsəbəsində yaşayan 30 imkansız şəxsə, Yasamal və Nizami rayonunda 84, Xaçmaz rayonu Gödəkli kəndi tam Orta məktəbinin 35 şagirdinə xidmət göstəriblər. İyun ayında isə klinikanın həkimləri Bakının Yasamal və Dərnəgül rayonlarında məskunlaşan 43 məcburi köçkün və qaçqını, eyni zamanda  20-ci sahə “Qızıl Aypara “Cəmiyyətində  25 nəfəri müayinə və müalicə ediblər. İyun ayında Mobil göz klinikası Xaçmaz rayonunda məskunlaşan 28 nəfər məcburi köçkünə də yardım ediblər.

Azercell-in dəstəyi və “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi ilə fəaliyyət göstərdiyi 4 il ərzində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Bakı ilə yanaşı klinikanın həkimləri ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment