1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” seminarı təşkil etdi
03.08.2017

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı növbəti seminar keçirib. Builki seminarda rəqəmsallaşdırma, rouminq, Azərbaycanda startap mühiti və “Applab” layihəsi, İnternet məhsulları, informasiya təhlükəsizliyi, “Bakcell”in korporativ müştərilərinə təqdim etdiyi innovativ həllər və digər mövzular ətrafında müzakirələr aparılıb.

“Mobil telekommunikasiya dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Telekommunikasiya sahəsindən yazan jurnalistlərin bu sahədə baş verən yeniliklərlə daha yaxından tanış ola və bunu öz gündəlik fəaliyyətlərində əks etdirə bilmələri üçün Bakcell şirkətinin mütəxəssisləri məmnuniyyətlə bizim seminarlara qoşulur. Biz artıq dördüncü ildir ki, davamlı olaraq 30-40 nəfər mətbuat nümayəndəsinin iştirakı ilə “Mobil telekommunikasiyaya giriş” seminarları təşkil edirik və bu təşəbbüsü gələcəkdə də davam etdirmək niyyətindəyik”, deyə Bakcell şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib. 

Seminarda müştəri təcrübəsi və kanalların idarə edilməsi üzrə yarımbölmə rəhbəri Emin Əsgərsoy rəqəmsal transformasiyanın əsas trendləri və onun müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlmiş müsbət təsirləri haqqında danışıb.

“Bakcell”in hesab ötürmə məlumat mübadiləsi qrupunun baş mütəxəssisi Lev Quninin təqdimatı vasitəsilə mətbuat nümayəndələri rouminq xidmətinin fəaliyyət mexanizmi, tariflərin tənzimlənməsi, müxtəlif ölkələrin mobil operatorları ilə rouminq üzrə tərəfdaşlıqların qurulması qaydaları və rouminq şöbəsinin xidmətin təşkili prosesi ilə tanış olublar.   

Data məhsullarının inkişafı üzrə baş mütəxəssis Nazlı Orucova seminar iştirakçıları qarşısında Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş “Bakcell”in təqdim etdiyi ən innovativ mobil data məhsulları, əlavələrin inkişafı üzrə menecer Orxan Babayev Azərbaycanda startap mühiti və “Bakcell”in Applab proqramı və məhsulun inkişafı üzrə meneceri Şamil Həsənov şirkətin korporativ abunəçilərə təqdim etdiyi unikal xidmətlər və informasiya təhlükəsizliyi haqqında təqdimatlar edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment