1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Uşaq paralimpiyaçıları beynəlxalq turnirdə
04.08.2017

Baki, FinanceTime. Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsi fəaliyyətini uğurla davam etdirir, belə ki komitədə idman növlərinin sayı artırılaraq 6-ya çatdırılıb. İndi uşaqlar burda boccia, üzgüçülük, stolüstü tennis, cüdo, qolbol və əlil arabasında idman rəqsi ilə məşğul olurlar. Mərdəkan və Gənclik bərpa mərkəzlərində 32 uşaq boccia, Sumqayıt Paralimpiya kompleksində 40 nəfər üzgüçülük, Qaradağ tennis məktəbində 6 nəfər stolüstü tennis, Sumqayıt Paralimpiya Kompleksində 32 nəfər cüdo, Korlar Cəmiyyətinin binasında 20 nəfər qolbol, AF Mall ticarət mərkəzinin rəqs zalında isə 1 nəfər əlil  arabasında idman rəqsi ilə məşğul olur. Bundan əlavə, Azercell-in dəstəyi ilə iyun ayında Naftalan Qaşaltı otelində təlim-məşq toplantısı keçirilib və bir qrup paralimpiyaçı uşaq müalicə-müayinə olunub.

Uşaq Paralimpiya Komitəsinin bu il üçün planları da artıq hazırdır. 4-9 sentyabr  tarixlərində 2 idmançı Moskvada boccia idman növü üzrə keçirilən Beynəlxalq turnirdə iştirak edəcək. 2017-ci ilin noyabr ayında isə III Uşaq Paralimpiya İdman  Oyunları keçiriləcək.

2014-cü ildən Azercell şirkətinin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi və ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Onu da qeyd edək ki, yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün köməyini əsirgəməyən Azercell Telekom Uşaq Paralimpiya Komitəsinə dəstəyə görə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment