1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Startuplar üçün növbəti şans
09.08.2017

Barama İnkubasiya Proqramına yeni layihə qəbulu elan edildi

Baki, FinanceTime.  Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə Startuplar üçün 2-ci Inkubasiya Programını elan edir. Barama İnkubasiya Proqramı çərçivəsində startuplar icra etmək istədikləri layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə gənc sahibkarların (bizneslərinin) sürətlə inkişafına yardım etməkdir.

6 ay müddətində davam edəcək inkubasiya proqramına əsasən İT və İT imkanlı kənd təsərrüfatında innovativ həllər, Virtual Reallıq, Artırılmış Reallıq, Süni Zəka mövzularında layihələr qəbul edilir.

İnkubasiya proqramına seçim prosesi 2 mərhələdən ibarətdir. İlk mərhələdə qeydiyyatdan keçmiş layihələr dəyərləndiriləcək. Seçilmiş komandalar ikinci mərhələdə öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Bu mərhələdən uğurla keçən 10-dək komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək.

İnkubasiya proqramına müraciət etmək istəyənlər Azercell nömrələrinin balansını 50 AZN-dək artırmalıdır. Hesaba əlavə edilən bu vəsait iştirakçının özünə aiddir. Komandanın 2 və ya daha çox təsisçi üzvü olmalıdır. Onlar layihələrini sentyabrın 15-dək online şəkildə Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin rəsmi internet səhifəsivə ya qeyd edilən link vasitəsi iləqeydiyyatdan keçirə bilərlər: goo.gl/1nxuJ1

Biznes inkubatorusayılan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes sahiblərini çoxsaylı faydalı üstünlüklərlə təmin edir. Burada startuplar üçün biznesi tam dəstəkləyən şərait yaradılıb: iştirakçılara mentor dəstəyi, şəbəkə fəaliyyəti, investorlara çıxış imkanı və s. Eyni zamanda, Azercell və PAŞA Bankdan olan mütəxəssislər startuplara maliyyə konsaltinqi təqdim edir, onlar üçün təlimlər, master klasslar keçirlər. Layihəni həyata keçirmək üçün virtual kitabxana, yüksək sürətli internet və hər növ avadanlıqla təchiz olunmuş ofis də proqram iştirakçılarının ixtiyarına verilir. Bundan əlavə, komanda üzvlərinə pulsuz Azercell nömrəsi və ayda 50 AZN kredit limiti də təqdim olunur.

Ən əsası, inkubasiya proqramının sonunda ən uğurlu iştirakçılar Azercell ilə 5000 AZN dəyərində müqavilə imzalamaq şansı qazana bilərlər. Odur ki, gənc startupları Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yaratdığı bu imkanlardan yararlanmağa, arzularını gerçəkləşdirib bizneslərini qurmağa dəvət edirik.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment