1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın kartları səyahət qazandırır
09.08.2017

Baki, FinanceTime.  Artıq yay mövsümünün son ayıdır, demək olar ki, məzuniyyət dövrünün ən qızğın vaxtıdır. Ola bilər ki, Siz də istirahət etmək üçün xaricə getməyi planlaşdırırsınız. Bəs istirahətə nə götürəcəyinizi artıq bilirsiniz? Əlbəttə ki, geyim və digər əşyalarla bərabər ödəniş kartları da səyahətin ayrılmaz parçası olub. Axı indi heç kim üzərində böyük məbləğdə vəsait götürmür, çünki Bank kartları çox rahat alış-veriş aləti olublar.

Ən başlıcası isə, mütləq  onlayn bankinq xidmətinə qoşulun, çünki o bir çox vəziyyətlərdə sizin yardımınıza çata bilər. Məsələn, AccessBankın myAccess mobil əlavəsini smartfonunuza yükləyirsiniz, sonra pullarınızı istədiyiniz kimi hər yerdən idarə edirsiniz. Əgər kart hesabınızda çox məbləğ saxlamaqdan ehtiyat edirsinizsə, o zaman vəsaitinizi digər hesabınızda saxlayın və lazım olduqca myAccess-lə kartınıza köçürün. Ümumiyyətlə, AccessBank-ın kartlarının və onlayn bankinq xidmətinin bir çox üstünlükləri var, onlar haqqında bankın rəsmi saytında daha ətraflı öyrənə bilərsiniz.

Ola bilsin ki, Siz xaricə getmək haqqında heç düşünmürsünüz də, çünki buna büdcə ayırmamısınz. Bəs Siz bilirsiniz ki, sadəcə 20 manat xərcləməklə Antalyaya istirahətə gedə bilərsiniz?! Necə? Çox sadə, bunun üçün AccessBank-ın Mastercard ödəniş kartı ilə avqustun 20-dək ticarət obyektlərində və internetdə nağdsız ödəniş etmək kifayətdir. Cəmi ödənişlərinizin hər 20 manatlıq məbləği Bankın keçirdiyi lotereyada qalib olmağa bir şans qazandırır. Siz xərclədikcə,  Antalyaya iki nəfərlik səyahəti,  iPhone 7 və Samsung Galaxy planşetlərindən birini qazanmağa şansınız artır. AccessBank-ın keçirdiyi bu lotereya haqqında ətraflı bankın saytından və aşağıdakı qısa videoçarxdan əldə edə bilərsiniz.

Gözəl istirahət üçün bunları edin ki, bu yay sizin də üzünüzə gülsün!

https://www.youtube.com/watch?v=ruNeprf2QS8&feature=youtu.be


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment