1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Hotellər və Restoranlar Assosiasiyası növbəti layihə həyata keçirmişdir
15.08.2017

Baki, FinanceTime.  Layihənin əsas məqsədi ASAN Viza sisteminin fuksionalını və imkanlarını araşdırmaq, onun turizm sənayesi və turistlər üçün rahat olmasının qiymətləndirilməsi və nəticə etibarilə ASAN Viza sisteminin təkmilləşdirilməsində yardımçı olmaqdan ibarətdir.

Bildiyimiz kimi, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 923 saylı, 1 iyun 2016-cı il tarixli Fərmanı ilə ölkəyə səfər edən xarici vətəndaşlara və vətəndaşlığı olmayanlara keçən ildən etibarən elektron vizaların verilməsi başlamışdır. Yeni və innovativ sistemin yaradılması ölkəyə səfər etmək arzusunda olan turistlər üçün geniş imkanlar yaradmış, onların viza almaq prosedurlarını olduqca sadələşdirmişdir.  Azərbaycan Respublikası Prezidentinin növbəti bir neçə Fərmanı əsasında isə “ASAN Viza” sistemi təkmilləşdirilmiş və əlavə imkanlar tətbiq edilmişdirlər.

Assosiasiya bir qrup könüllülər və cəlb edilmiş ekspertlərlə bərabər “ASAN Viza” sistemində müxtəlif testlər keçirmiş, bir sıra turizm agentliklərinin və turistlərin sistem haqqında fikirlərini öyrənmişdir. Toplanan rəylər nəticəsində expertlər sistemin funksionalında bir sıra çatışmamazlıqlar aşkar etmiş, eyni zamanda arzu olunan əlavə imkanlar haqqında fikirlər müzakirə etmişdirlər. Əldə edilmiş nəticələr, sənaye nümayəndələrinin və turistlərin istək və arzuları, exspertlərin tövsiyələri  “ASAN Viza” sisteminə Assosiasiya adından ünvanlanmış məktubda açıqlanmışdırlar.

Bununla yanaşı, sistemin funksionalında aşkar edilmiş çatışmamazlıqlar, turizm sənayesi nümayəndələrinin istək və arzuları, həmçinin ekspertlərin tövsiyələrini sizinlə də bölüşmək istəyirik.

Belə ki, sistemin funksionalında aşkar edilmiş nöqsanlar sırasında aşağıdakılar məlum olmuşdurlar:

-          Istər fərdi və yaxud qrup şəklində viza almaq üçün müraciətlərin birinci hissəsi (ödənişə qədər) tamamlanandıqdan sonra səhflər aşkar edildikdə müraciətlərdə düzəliş aparmaq imkanı və yaxud qrup müraciətlərə əlavə müraciət etmək imkanı məhduddur. Bu mərhələdə yalnız müraciəti ləğv edib əvəzində yeni müraciəti yaratmaq olur;

-          Müraciətlərin öncədən bir nəfər üçün, ailə və ya qrup olması seçimi yoxdur;

-          e-Vizanın verilmə müddətinə (3 iş günü) şənbə və bazar günləri daxil deyillər. Həftənin cümə günü müraciət edildikdə 5 gün müddət hesablanır baxmayaraq ki, ASAN Xidmətin iş rejimində şənbə və bazar günləri iş günləri kimi hesab edilirlər;

-          Qrup müraciətlər haqqında e-poçt vasitəsilə yollanan bildirişlərdə yalnız siyahıda ilk adı olan vətəndaşın məlumatları görünür;

-          Sistem eyni passport sahibinin hətta eyni müddət üçün müraciətlərini identifikasiya etmir və təkrar olaraq qəbul edir;

-          Sürətləndirilmiş vizanın alınması üçün (3 saat arzində) seçim yoxdur.

 

Turizm sənayesi nümayəndələri arasında aparılan sorğu nəticəsində əldə olunmuş istək və arzuları və ekspertlərin rəylərini nəzərə alaraq aşağıdkıları da diqqətinizə çatdırırıq:

-          İki giriş turist vizasının tətbiqi qonşu dövlətlərin turizm bazarları ilə daha sürətli inteqrasiya üçün imkanlar aça bilər. Əgər xarici vətəndaşlara iki qonşu dövlətə səfər etmək üçün turlar təklif edilsə, misal üçün Azərbaycan və Gürcüstan, bu halda, marşrutdan asılı olaraq, turistlərin iki giriş vizalarına ehtiyac yaranır. Eyni zamanda iki giriş vizası qonşu dövlətlərə qısamüddətli, bir günlük turların təşkilində də yardımçı olar, bu isə təklif olunan turizm xidmətlərini daha da müxtəlifləşdirər;

-          Müraciətlərdə səhflər aşkar edildikdə e-Viza üçün tətbiq edilən dövlət rüsumu və xidmət haqqı geri qaytarılmır. Arzu olunur ki, dövlət rüsumu istifadə edilməmiş viza üçün geri qaytarılsın və yaxud müraciət edənin elektron hesabında saxlansın və yalnız xidmət haqqı tutulsun;

-          e-Viza sisteminin ödəniş qaydaları məhduddurlar. Turizm agentlikləri müqavilə əsasında bank köçürmələri vasitəsilə və sonradan ödənişlərin aparılmasının mümkün olmasını da arzu edirlər.

Ümid edirik ki, aparılan tətqiqat işinin nəticəsində əldə olunan və sizinlə bölüşdüyümüz məlumatlar “ASAN Viza” sisteminin təkmilləşdirilməsində yardımçı olacaq, nəticə etibarilə isə ölkəyə səfər edən turistlər və gəlmə turizmla məşqul olar turizm şirkətləri üçün yeni imkanlar açacaqdırlar.

Fürsətdən istifadə edərək, tədqiqat layihəsinin realizə edilməsində iştirak etmiş Firəngiz Məmmədova, Jalə Cavadova, Nərmin Namazova, Elxan Naibov, Rəna Babazadə və Əsəd Zeynalovdan ibarət işçi qrupuna və sorğuda iştiraklarına görə İmprotex Travel, Gilan Turizm, Granit AS, VİP Tour, Millenium Tourism, Paramount Travel Club, Falcon Luxury Travel şirkətlərinə dərin təşəkkürümüzü bildiririk.

Hotellər və Restoranlar Assosiasiyası 2009-cu ildən etibarən uğurla fəaliyyət göstərir. Son illər ərzində təşkilat bir sıra səmərəli layihələr realizə edib. Ölkənin qeyri-neft sektorunda prioritet iqtisadi sahə kimi müəyyən edilmiş turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin təkmilləşməsi, sənayedə kiçik və orta sahibkarlığın inkişafına yardımçı olmaq, yeni iş yerlərinin açılmasında fəal iştirak etmək, turizm və qonaqpərvərlik standartlarının tətbiqini təmin etmək və digər mühüm məsələlər Assosiasiyanın əsas məqsədləri sırasında öz əksini tapırlar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment