|
|
|
Fond birjası | | | Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
25.08.2017 | |
| |
Baki, FinanceTime. 29 avqust 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ)üzrə hərrac keçiriləcəkdir.Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Dövlət istiqrazının növü
|
Faizli, sənədsiz adlı
|
Qiymətli kağızın ISIN kodu
|
AZ0105007550
|
Emissiya həcmi
|
5 000 000 AZN
|
Nominal dəyəri
|
100 AZN
|
İstiqrazların tədavül müddəti
|
2 il (728 gün)
|
Faiz gəliri
|
15 %
|
Faiz gəlirinin ödəniş müddəti
|
6 aydan bir
(182 gün)
|
Ödəmə tarixi
|
27.08.2019
|
Anderrayter
|
Paşa Kapital İŞ QSC
|
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
|
|
|
|