1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Internet Security” istifadəçilərə yeni təhlükəsizlik imkanlarını təqdim edir
06.09.2017

Baki, FinanceTime.  “Kaspersky Lab” şirkəti fərdi istifadəçilər üçün təqdim etdiyi müdafiə həllərini yeniləyib. İndi onlardan ən çox istifadə olunan – “Kaspersky Internet Security” – şifrələyicilərin öhdəsindən daha yaxşı gəlir, ictimai Wi-Fi şəbəkələrinə qoşularkən “Mac” kompüterlərini qoruyur və “Android” cihazlarında hər bir tətbiq üçün ayrılıqda gizli kod quraşdırmağa imkan verir.

2017-ci ildə "Kaspersky Lab" tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, rəqəmsal cihazların sayı sabit olaraq artmaqdadır. Hazırda ortastatistik Rusiya ev təsərrüfatında 6 qajetdən istifadə olunur, bir il əvvəl isə bu göstərici 5,6 olub. Eyni zamanda, cihazların yarısından çoxu (orta hesabla 3,6) məhz mobil cihazlardır, yəni istifadəçilərin çoxu smartfon və tabletlər vasitəsilə İnternetə çıxış əldə edir. Məhz bu səbəbdən "Kaspersky Lab" şirkəti ən məşhur mobil platforma olan “Android”in müdafiə sistemini gücləndirməyə qərar verdi.

“Kaspersky Internet Security”nin yenilənmiş versiyasında “Android” cihazlarında tətbiqlərə fərdi mühafizə keçidi nəzərdə tutulub. Məsələn, bir istifadəçi şəxsi mesajları, fotoşəkilləri, əlaqə siyahısını, korporativ poçtunu və ya başqa vacib məlumatları özündən başqa digər şəxslərin görməsini istəmirsə, hər bir tətbiq üçün ayrı-ayrılıqda gizli kod təyin edə bilər. Bu halda kodu bilməyən şəxs sadəcə olaraq proqramı aça bilməz.Bu cür müdafiə vasitələri hazırda çox aktualdır, belə ki, istifadəçilərin əksər hissəsi öz qajetlərini digər ailə üzvləri ilə, eləcə də, uşaqlarıyla bölüşür. “Kaspersky Lab” tərəfindən aparılan eyni araşdırmaya əsasən, Rusiyada qajet istifadəçilərindən, demək olar ki, hər beşincisi bunu edir.

“Windows” və “Mac” əsaslı kompüterlərin təhlükəsizliyi də diqqətdən kənar qalmayıb.“Windows” əsaslı cihazlar üçün mövcud həllə sistem yenilənməsi zamanı virusdanmüdafiə funksiyası əlavə edilib.Bu da öz növbəsində bəzi zərərli proqram təminatlarının, ələlxüsus da, sifrələyicilərin əməliyyat sisteminin yenilənməsi zamanı proses üzərində nəzarəti ələ alması və müdafiə sisteminin hələ işə düşmədiyi bir vaxtda ümumi sistemə müdaxilə etməsi hallarını aradan qaldırmağa imkan verir. 

Eyni zamanda, “Mac”istifadəçiləri üçün internet-trafikin kodlaşdırılması funksiyası da hazırlanıb. Texnologiya məlumatların oğurlanma riskinin ən yüksək olduğu zaman avtomatik olaraq başlanır, məsələn, ictimai Wi-Fi şəbəkələrinə qoşulduqda, onlayn bankçılıqdan və ya gizli məlumatların əks olunduğu digər saytlardan istifadə edərkən.

“İstifadəçilərimiz təhlükəsizliyi – bizim prioritetimizdir, məhz buna görə də çalışırıq ki, onları bütün mümkün kibertəhlükələrdən qoruyan çox çoxşaxəli müdafiə sistemi ilə təmin edək. Kibercinayətlərin inkişaf tendensiyalarını yaxından izləyir, istifadəçilərin seçdikləri cihazlar, məşhur platformalar, saytlar və tətbiqlər baxımından bizə ünvanladıqları müraiəctləri dərindən öyrənirik – bütün bu məlumatlar təqdim etdiyimiz məhsulları daha da təkmilləşdirməyə imkan yaradır. Biz artıq 20 ildir ki, kibertəhlükəsizlik sahəsində işləyirik və bu yolun yarısını qabaqcıl ev məhsulumuz olan Kaspersky Internet Security ilə birlikdə keçmişik. Buna görə də bu məhsul illər ərzində yaratdığımız ən yaxşı cəhətləri özündə cəmləşdirmişdir”, - deyə “Kaspersky Lab”ın Fərdi istifadəçilər üçün məhsulların idarəedilməsi departamentinin rəhbəri Yelena Xarçenko bildirib.

“Kaspersky Internet Security” 2006-cı ildən etibarən rəqəmsal dünyada istifadəçinin həyatını qoruyur.Beləliklə, sözügedən həll maliyyə əməliyyatlarını təhlükəsizləşdirir, veb-kameraya və mikrofona icazəsiz girişləri bloklayır, Wi-Fi əlaqələrinin, saytların və proqramların təhlükəsizliyini yoxlayır, həmçinin uşaqları onlayn şəkildə müdafiə edir. Bunların hamısı isə bütün növ kibertəhlükələrin avtomatik aşkarlanması və bloklanması fonunda baş verir.

Fərdi istifadəçilər üçün yenilənmiş məhsul xəttinin bütün xüsusiyyətləri haqqında ətraflı məlumat:https://www.kaspersky.ru/home-security

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment