1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Necə ola bilər ki, telefon pullarınıza nəzarət etsin?
11.09.2017

Baki, FinanceTime.  Siz heç pullarınızı necə xərclədiyiniz haqqında düşünmüsünüzmü? Bunun üçün nə qədər alət və mərhələli prosedurlardan istifadə edirsiniz? Nağd pul, bank kartları, banklar, ödəniş terminalları... bunu daha da asanlaşdırmaq olmazmı? Olar!

Bütün bu uzun əməliyyatlara, harasa getməyə, hələ üstəlik buna vaxt sərf etməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə bir telefon lazımdır, bir də AccessBank-ın myAccess mobil əlavəsi. 

İndi düşünürsünüz ki, bu əlavə sizə nə verir?Nəyə görə mobayl-bankinq pullarınıza nəzarət və onların idarə edilməsinə keyfiyyətcə yeni yanaşma hesab olunur?

İlk öncəgəlin adi vətəndaşa daha çox hansı pul əməliyyatlarını aparmaq lazım olduğunu müəyyənləşdirək.

1.     Pulların mədaxili.Əlbəttə ki, pulları xərcləməzdən öncə, ilk növbədə, onları əldə etmək lazımdır. Söhbət əmək haqqı və ya hər hansı digər gəlirdən gedir. Telefonunuza myAccess yükləməklə, əmək haqqının karta "oturub-oturmadığını" öyrənmək üçün artıq onun balansını terminallarda yoxlamağa ehtiyac qalmayacaq. Əlavəni açıb hesabın vəziyyətinə nəzər salmaq kifayətdir (saatda bir neçə dəfə belə - əsas odur ki, bunu kart və terminallardan asılı vəziyyətdə olmadan öz evinizdə edirsiniz).

Vəsaitlərlə bağlı növbəti əməliyyata keçməzdən əvvəl ən mühüm məqamı qeyd etmək lazımdır – myAccess-lə hər hansı əməliyyatlar aparmaq üçün AccessBank-da cari hesabınızın olması vacibdir. Axı, razılaşın ki, pulları idarə etmək üçün onları haradasa saxlamaq lazımdır. Hesabı həm milli, həm də xarici valyuta ilə açmaq olar, bu da danılmaz üstünlükdür, axı bu, növbəti əməliyyatı birbaşa telefonda aparmağa imkan verir:

2.     Valyuta mübadiləsi. İndi bankların saat neçəyə qədər işlədikləri, istirahət günləri açıq olub-olmadıqları barədə narahat olmaq lazım deyil - sadəcə milli valyutada olan hesabdakı pulu xarici valyutada olan hesaba (və ya əksinə) köçürmək kifayətdir. Bu cür iki hesaba sahib olmaqla siz günün istənilən vaxtı valyutanı dəyişə bilərsiniz - gecə saat üçdə belə! (bu barədə biz növbəti məqalələrdə daha ətraflı danışacayıq). Bundan başqa, bu funksiya sayəsində xaricə gedərkən özünüzlə nağd pul götürməyə artıq ehtiyac olmayacaq.

3.     Pulların hesabdan hesaba köçürülməsi. Pulu kiminsə hesabına göndərmək də olar - istər ölkə daxilində, istərsə də xaricə. Bu xüsusilə dostunuzun və ya yaxınınızın xaricdə axşam saat 6-dan sonra və ya istirahət günləri pulunun bitdiyi hallarda aktualdır (bu barədə həmçinin bizim növbəti məqalələrimizi də oxuyun).

Bu funksiya şirkətlər üçün də çoxaktualdır. Axı hər ay şirkət bütün əməkdaşlara əmək haqqını köçürməlidir. MyAccess-də bu prosesi avtomatlaşdırmaq olar,və siz prosesi ləğv etməyincə proqram hər ay hər şeyi sizin yerinizə yerinə yetirəcək.

Bundan əlavə, əgər həm qəbul edənin, həm də göndərənin AccessBank-da hesabları varsa, hesabdan hesaba aparılan bütün köçürmələr tamamilə PULSUZ həyata keçiriləcək.

4.     Bütün tranzaksiyalar üzrə hesabatın aparılması. Etiraf edin, hesabdan çıxarış almaq üçün banka gedib öz növbənizi gözləyirsiniz? Axı bu,keçmişdə qaldı! MyAccess-də siz bütün tranzaksiyaların tarixçəsini daim görə, köçürmələrin vəziyyətini, eləcə də hesabınızla aparılan istənilən əməliyyatları izləyə bilərsiniz. İstəsəniz, SMS-bildiriş funksiyasını da aktiv edə bilərsiniz.

5.     KreditinmyAccess vasitəsilə ödənilməsi bir neçə saniyə ərzində həyata keçirilir.

Beləliklə, əgər biz bugün hər şeydə komforta (onlayn şopinq-dən tutmuş telefondakı səsli axtarışa qədər) can atırıqsa, nəyə görə öz pul vəsaitlərimizin idarə olunmasının rahatlığı barədə düşünməyək? Axı myAccess bunun üçün bütün imkanları təqdim edir!

myAccess-in imkanlarını əlavə olunan videodan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=InLr_fX_6cU

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment