1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


MBNP-da bank nümayəndələri ilə görüş keçirilib
12.09.2017

Baki, FinanceTime. 11 sentyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bank nümayəndələri ilə görüş keçirilib. Görüşdə MBNP-nın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov, Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov, Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov və kommersiya banklarınınnümayəndələri iştirak edib.

Görüş zamanı malların ixracından banklara daxil olan vəsait barədə məlumatların MBNP-na ötürülməsi prosesi müzakirə olunub. Bildirilib ki, banklarda Gömrük bəyannaməsinin nömrəsinin olmaması və ixrac edilmiş malların dəyəri barədə Dövlət Gömrük Komitəsindən məlumatın banklara vaxtında daxil olmaması gecikmələrə səbəb olur.

MBNP bu prosesi sadəşdirmək üçün məlumatın ötürülməsi müddətinin  2 həftəyədək uzadılmasını təklif edir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Dövlət Gömrük Komitəsi 180 gün ərzində ixrac edilmiş malların dəyəri barədə banklara məlumat verməli, banklar isə 3 gün ərzində sözügedən məlumatları MBNP-na təqdim etməlidir.

Xatırladaq ki,  ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredittəşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment