1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” və PwC Azərbaycan Vergilər Nazirliyinin əməkdaşları üçün blokçeyn texnologiyaları üzrə seminar keçirib
15.09.2017

Baki, FinanceTime.  PwC şirkəti “Microsoft” korporasiyası ilə birgə Azərbaycan Vergilər Nazirliyinin əməkdaşları üçün “Blockchain” texnologiyaları mövzusunda seminar keçirib.

“PwC Global Tax Administration Consulting”in komandası və “Microsoft” şirkətinin mütəxəssisləri seminar iştirakçılarına vergi hesabatlarının vergi qanunvericiliyinə uyğun hazırlanması, iqtisadiyyatın rəqəmsallaşması sahəsində ən son tendensiyalar və onun vergi sistemi və idarəetməsinə təsiri ilə bağlı məlumat verib. Mütəxəssislər, həmçinin yeni texnoloji həll yollarından istifadə etməklə, effektiv vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib. Seminarda xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında “Blockchain” texnologiyasının imkanları müzakirə edilib. Seminarın proqramında PwC və “Microsoft” şirkətinin aparıcı ekspertləri 30-dan çox vergi mütəxəssisləri üçün interaktiv sessiyalar təşkil ediblər.

Seminar çərçivəsində “Microsoft Azerbaijan” şirkətinin  Biznesin inkişafı üzrə meneceri Emin Axundov “Vergi texnologiyalarının ekosistemi” mövzusunda təqdimatla çıxış edib və bildirib ki, “Blockchain” bir çox sahədə olduqca ciddi gizli problemlərin aradan qaldırılmasına imkan yaradır. Hazırda kommersiya qurumları arasında hesablaşmalar mənfəətsiz xərclər tələb edir, halbuki “Blockchain” texnologiyası bu prosesi sadə əməliyyatadək çatdıra bilərdi. Sözügedən texnologiyalar sayəsində innovasiyalar geniş yayıla bilər ki, bununla da biznesin idarəedilməsi bir qədər də sadələşər.

«“Microsoft” – dünya blokçeyn texnologiyaları bazarında ən iri iştirakçılarındandır. Biz öz bilik və texnoloji imkanlarımızla bölüşməyə hazırıq. Əminəm ki, sözügedən təşəbbüs Azərbaycanın innovasiya inkişafı üün əlverişli mühitin formalaşmasına yardım edəcək, sahibkarlar, vətəndaşlar və hökumət arasında dialoqu möhkəmləndirəcək, həmçinin ölkənin investisiya mühitini yaxşılaşdıracaq», - deyə Emin Axundov bildirib.

Öz növbəsində PwC-nin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev qeyd edib ki, texnoloji transformasiyanın tətbiqi PwC-nin Azərbaycanda və qlobal səviyyədə strateji prioritetlərindən biridir: “Son zamanlar hökumət və biznes idarələri səmərəliliyinin artırılması, proseslərin təkmilləşdirilməsi və risklərin idarə edilməsi üçün texnologiyalardan istifadə edilməsinin dəyərini anlayır. PwC olaraq biz bilik və təcrübəmizi istifadə etməyə və rəqəmsallaşdırma prosesində Azərbaycanı dəstəkləməyə hazırıq”.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment