1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank Ombudsmanı ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu arasında görüş keçirilib
22.09.2017

Bank Ombudsmanından daxil olan məlumata əsasən”, 21 sentyabr 2017-ci il tarixində Bank Ombudsmanı İkram Kərimov Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun inzibati ofisində fondun ölkə üzrə nümayəndəsi Eduard Şmitlə görüşmüşdür.

Görüşdə Bank Ombudsmanın katibliyinin və Fondun nümayəndələri iştirak etmişdir.

Görüşdə əvvəlcə İ.Kərimov tərəfindən Azərbaycanda yeni yaradılmış Bank Ombudsmanının fəaliyyəti, görülmüş işlərhaqqında məlumat verilmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunması yolları müzakirə edilmişdir.

Eyni zamanda, E.Şmit Almaniyada fəaliyyət göstərən Regional Bank Ombudsmanları, onların səlahiyyətlərinə aid olan işlər, verdiyi qərarların təsir mexanizmi haqqında məlumat vermiş, təcrübə mübadiləsi aparılmışdır.

Görüş zamanı iki tərəfli görüşlərin davamlı olaraq keçirilməsi, Bank Ombudsmanı sahəsində çalışanmütəxəssislərin təcrübə mübadiləsi aparılması məqsədi ilə həm Almaniyada, həm də Azərbaycanda görüşlərin təşkil edilməsi və əməkdaşlığın daha geniş müstəvidə aparılması haqqında razılaşma əldə edilmişdir.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 24 bank  və 1 bank olmayan kredit təşkilatıüzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment