1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ümumdünya avtomobilsiz günü: alternativi seçərək
22.09.2017

Baki, FinanceTime. Sentyabrın 22-də qeyd olununan Ümumdünya avtomobilsiz günü (World Carfree Day) ərəfəsində “Uber” şirkəti 10 Avropa şəhərində şəxsi avtomobildən istifadə mövzusunda sorğu keçirib.

18-55 yaşında olan respondentlərin ¼ hissəsindən çoxu (26%) ötən il avtomobil sifarişi üzrə onlayn xidmətlərdən yararlanıb. Avropalıların 67%-i hesab edir ki, “Uber” kimi əlavələrdən istifadə şəxsi avtomobilin əsl alternativi ola bilər. Son 12 ay ərzində “Uber”in xidmətlərindən ən azı bir dəfə istifadə edənlərin sayı 80%-dək artıb.

“Bizim əsas rəqibimiz avtomobilin onlayn sifarişi üzrə olan digər xidmətlər deyil, şəxsi avtomobildir. Biz layiqli, ən əsası isə real alternativ təklif edirik. İctimai nəqliyyatla “Uber” kimi xidmətlərin uyğunluqu gələcəkdə nəinki nəqliyyatın əlçatanlığı və mobilliyi məsələsini həll etməyə imkan yaradacaq, həmçinin zərərin ətraf mühitə təsirini azaldacaq. Biz insanların tez-tez şəxsi avtomobillərindən imtina etməsi tendensiyasını aydın şəkildə görürük”, - deyə “Uber” şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib.

Respondentlərin 26%-i son 12 ay ərzində ən azı bir dəfə “Uber”in xidmətlərindən istifadə edib. Sözügedən onlayn-servisin populyarlığına görə lider mövqedə Paris və London qərarlaşıb (bu şəhərlərdən olan sorğu iştirakçılarının müvafiq olaraq 48% və 46%-i ötən il ən azı bir dəfə xidmətdən yararlandıqlarını təsdiq ediblər).

İki və daha çox avtomobili olanların 63%-i hesab edir ki, mobil əlavələr və etibarlı ictimai nəqliyyat vasitəsilə şəhər üzrə daha asan hərəkət etmək imkanı olsa idi onlar yalnız bir şəxsi avtomobil saxlayardılar. Bi göstərici son bir il ərzində “Uber”dən istifadə edənlər arasında daha yüksəkdir – 75%.

Ümumdünya avtomobilsiz günü – bütün avtomobilistləri heç olmasa bir gün şəxsi nəqliyyat vasitəsindən imtina və alternativ variantdan istifadə etməyə çağıran, və bunula da ətraf mühitə mənfi təsirin qarşısını almağa və ya azaltmağa imkan yaradan qlobal aksiyadır.

“Uber”dən istifadə etmək üçün mobil əlavəni yükləyin: uber.com/app.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment