1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda keçirilən beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib
25.09.2017

 

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarıbir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsindəMərdəkan çimərliyində genişmiqyaslıtəmizlik aksiyası keçirib.

Baki, FinanceTime.  Bu il sözügedən aksiyada 500-dən artıq insan iştirak edib və sahilyanı ərazi 6 tona yaxın tullantıdan təmizlənib. Tədbirin təşkilatçıları qismində “Coca-Cola” şirkəti, “PAŞA Bank”, "Bakcell" şirkəti, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü və  “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org) çıxış edib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilib. Bildirək ki, tədbirin informasiya dəstəyi Xəzər TV tərəfindən həyata keçirilib.

Artıquzun illərdir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik GünüYer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 8 ildir iştirak edir.

“Artıq səkkiz il ardıcıl olaraq “Coca-Cola” və ölkənin bir sıra nüfuzlu şirkət və təşkilatları ekoloji aksiya keçirərək Xəzər dənizinin sahillərini tullantılardan təmizləyir. Bizim üçün cəmiyyətin ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi vacibdir. Aksiya çərçivəsində sahilyanı ərazini 6 tona yaxın tullantıdan təmizləyə bildik. Yüzlərlə insanların könüllü olaraq sahilyanı əraziləri təmizləməsinin böyük maarifləndirici əhəmiyyəti var. Sözügedən tədbir artıq bayrama çevrilib və onun sayəsində təbiət təmizlənir. Ümid edirik ki, ildən-ilə hər kəs ətraf mühitə daha məsuliyyətli yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

“Bu il aksiya ilə bağlı daha geniş məlumatlandırma kampaniyası həyata keçirilib, daha çox iştirakçı cəlb olunub.  Hər il daha çox insanın bu ekoloji aksiyaya qoşulduğunu görmək bizim üçün çox sevindirici haldır. Hər il bizə qoşulan yüzlərlə gəncimiz ətraf mühitin tullantılardan təmizlənməsinə nə qədər həssas yanaşırlarsa, dəniz sahillərini çirkləndirənlər də bu məsələyə o qədər həssas yanaşmalıdırlar. Mən istərdim ki, könüllülərimiz sadəcə bu tədbirə qoşulmaqla kifayətlənməsinlər, həm də öz yaxın ətraflarında olan insanları təbiəti qorumağa təşviq etsinlər. Bakcell şirkəti isə öz növbəsində qarşıdakı illərdə də bu böyük  layihəyə dəstək verməyə hazırdır“, - deyə “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova bildirib.

“Ötən il ”ASAN könüllüləri” tərəfindən irəli sürülmüş “Yaşıl ASAN” təşəbbüsü çərçivəsində təşkil olunan Novxanı sahilyanı təmizlik aksiyasında ilk olaraq 300 nəfər “ASAN könüllüsü” iştirak edib. Lakin artıq 3 ildir ki, bu aksiyada 400-dən çox könüllümüzlə Xəzər rayonunda sahilyanı ərazini məişət tullantılardan təmizləyirik. Bu aksiyaya qoşulmaqla ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü olaraq cəmiyyətimizə “ətraf mühiti təmiz saxlayaq” mesajı veririk. Düşünürəm ki, aksiyada iştirak etmiş yüzlərlə gənc bu təşəbbüslə həm də sosial məsuliyyətlərini dərk etmiş oldular. Gələcəkdə də bu cür təşəbbüsləri dəstəkləməyə hazırdırlar”, - deyə “Yaşıl ASAN” təşəbbüsünün rəhbəri Səkinə Həsənova bildirib.

Xəzəri Qoruyaq!” şüarı altında Mərdəkançimərliyində keçirilən aksiya çərçivəsində təxminən 6 tona yaxın tullantı yığılaraq Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunmuşdur.

Qeyd edək ki, Azərbaycanda son 8il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 35 hektara yaxın ərazisi27 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq“Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Xatırladaq ki, builki aksiyaya qoşulanlar sırasında "Green Baku" ekoloji gənclər birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA Universiteti və “Youth Inc.” gənclərin sahibkarlıq proqramı yer alıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment