1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Azpromo şirkəti BFB-nin Listinq Məsləhət Proqramına qoşulmuşdur
26.09.2017

Baki, FinanceTime.  Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu -  “Azpromo” qoşulmuşdur.

Bununla əlaqədar olaraq, 25 Sentyabr 2017-ci il tarixində BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov və Azpromo şirkətinin prezidenti Rüfət Məmmədov tərəfindən “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanmış və bu münasibətlə BFB-də “Açılış zəngi” mərasimi keçirilmişdir.

Əməkdaşlıq haqqında Sazişə əsasən LMP-na  qoşulmuş şirkətlərin AZPROMO-nun müvafiq kataloqlarına daxil edilməsi, eyni zamanda mövcud şirkətlərin Bakı Fond Birjası ilə əlaqələndirilməsi, xarici investor bazarına çıxışın təmin edilməsi, eləcədə xarici investorların ölkənin qeyri-neft sektorunun inkişafına cəlb edilməsi istiqamətində potensial  investorların müəyyən edilməsi, biznes mühitinin təkmilləşdirilməsi, BFB vasitəsilə kapital bazarlarına  xarici investorların cəlb edilməsi həyata keçiriləcəkdir.

İmzalama mərasimində BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov Azpromo ilə əməkdaşlıq əlaqələrinin qurulmasının və bu sahədə qarşılıqlı səylərin birləşdirilməsinin yerli bazara müsbət təsir göstərəcəyinə inandığını bildirdi.

Azpromo şirkətinin prezidenti Rüfət Məmmədov ölkəmizə xarici investorların cəlb edilməsi, o cümlədən yerli ixracla məşğul olan şirkətlərin istehsal potensialın artırılması istiqamətində investisiyaların cəlb edilməsi üçün zəruri olan bilik və bacarıqların artırılmasına dəstək göstərilməsi istiqamətində görülən işlərin genişləndirilməsində BFB ilə əməkdaşlıq əlaqələrin qurulmasının qarşıya qoyulmuş hədəflərə nail olmaqda uğurlu olacağını qeyd etdi.

LMP layihəsinin Azpromo da daxil olmaqla hazırda 14 tərəfdaşı mövcuddur: KPMG, Baker&Tilly, PwC, RSM Azərbaycan və EY audit şirkətlərinin Azərbaycan ofisləri; Dentons, Baker&McKenzie və LAN Law Chambers hüquq şirkətlərinin Azərbaycan ofisləri, Yüksək Texnologiyalar Parkı, investisiya şirkətləri olan Paşa Kapital MMC, İnvest-AZ MMC, AzFinance İnvest MMC və Unicapital ASC.

 Listinq Məsləhət Proqramı sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, listinqin və kapital bazarlarının təşviqi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, kapital bazarı alətləri vasitəsilə yerli şirkətlərə investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment