1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


TÜİB-in ümumi yığıncağı keçirilib
03.10.2017

Baki, FinanceTime.  Sentyabrın 30-da «Park İNN» hotelində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB)” növbəti Ümumi Yığıncağı keçirilib.

İclasda Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Erkan Özoral, Azərbaycanın millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, rektorlar, iş adamları, ictimai birliklərin nümayəndələri, eləcə də digər sahibkarlıq təşkilatlarının təmsilçiləri iştirak ediblər.

TÜİB-in toplantısı, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi və Ümummilli Lider Heydər Əliyev, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk və hər iki ölkə şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.

Yığıncağın Sədarəti seçildikdən sonra söz verilən TÜİB-in rəhbəri Ali İhsan Genc qurumun ötən ayları əhatə edən fəaliyyətinə dair hesabat məruzəsi edib. Son dövrlər ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və onun nəticəsi olaraq iqtisadiyyatda baş verən dəyişiklikləri müsbət qiymətləndirən A.İ.Genç qurumun tərkibindəki biznes quruluşlarının fəaliyyətində gömrük və vergi orqanları ilə bağlı tənzimləmələri xüsusi qeyd edib: «2017-ci ilin əvvəlindən vergi sahəsində həyata keçirilən islahatlar Azərbaycanda biznes mühitinin bütün sahələrinə öz töhfəsini verir». 

Eyni zamanda TÜİB rəsmisi bəzi sahələrdə həlli tələb olunan məsələlərin mövcud olduğunu və onunla bağlı dövlət qurumları ilə müzakirələrin aparıldığını qeyd edib.

Onun sözlərinə görə, qeydiyyata alınmayan aktivlərin iqtisadiyyata cəlb edilməsi ilə bağlı məqbul verginin tətbiqi onların rəsmi qeydiyyata alınmasına və vergiyə cəlb eilməsinə imkan verərdi.

A.İ.Genç ölkədə tikinti sektorundakı durumun digər sahələrə də təsirini qeyd edərək bu sahənin dirçəldilməsinin vacib olduğunu bildirib. İş adamı qeyd edib ki, hazırda dövlət qurumları tərəfindən bu sahədə addımlar atılır, amma bu işlərin daha geniş formada aparılmasına ehtiyac var.

TÜİB-in fəaliyyətinin aqrar, turizm, qida təhlükəsizliyi və nəqliyyat sahələrinə dair istiqamətlərinə də toxunan TÜİB sədri sahibkarların mübahisəli vəziyyətlərdə üz tutduqları məhkəmələrin obyektiv davranmalarının zəruriliyini vurğulayıb: «Sahibkar əmin olmalıdır ki, onun arxasında dövlət və hüquq var».

Yığıncaqda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirakçıları salamladıqdan sonra tədbirə dəvət olunmuş Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyevin timsalında xalqın gerçək qəhrəmanının olduğunu deyib:

«Oqtay Həziyev torpaqları düşmənə verməməyin gerçək nümunəsidir. O, öz fədakarlığı ilə göstərdi ki, Vətən torpağı düşmənə verilməz. O, göstərdi ki, insanlar canından-qanından keçməyə hazırdırlar, ancaq düşmənə torpaq verməzlər».

Səfir bu günlərdə Dağlıq Qarabağa getmiş türk vətəndaşlarının Türkiyənin Qarabağla bağlı siyasətinə zidd davrandığını bildirib: «Onlar düşmən əməllərinə xidmət edirlər».

Erkan Özoral qeyd edib ki, 2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən çevriliş cəhdi Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün də bir imtahan oldu: «Həmin ağır günlərdə kimin kim olduğu tam üzə çıxdı. Bu gün burada olan, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamalarını birləşdirən qurumlarda yer alan dostlarımız Vətənə bağlılıqlarını əməldə sübut etmiş oldular».

Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin sarsılmazlığını vurğulayan səfir TÜİB üzvlərini Azərbaycanda yaradılmış münbit iqtisadi mühitdə daha da faydalı olmağa, ikitərəfli ticari-iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verməyə çağırıb

Tədbirdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev doğma torpaqlara sədaqəti və fədakarlığına görə, TÜİB tərəfindən mükafatlandırılıb.

Daha sonra söz verilən Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bu sahədə görülən işlər barədə məlumat verib və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında iş adamlarının rolunu qeyd edib.

Vergilər Nazirliyinin   Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov  vergi qanunvericiliyində baş verən son dəyişikliklər, onların yerli və xarici iş adamlarının fəaliyyətinə təsiri barədə məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev iş adamlarının müxtəlif layihələrdə çalışmaq üçün ölkəyə əcnəbi işçilər gətirməsi ilə bağlı tələblər barədə məlumat verərək, əsas yenilikləri izah edib.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova təmsil etdiyi qurumla TÜİB arasında qurulmuş əməkdaşlıq haqqında geniş danışıb.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bankların ölkə biznesinə dəstək imkanları və bu sahədəki durum barədə məlumat verib.

Çıxışlardan sonra TÜİB sədrinin və qurumun rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, “Büyükfırat Group”un rəhbəri Hüseyn Büyükfırat TÜİB-in yeni sədri seçilib. Həmçinin TÜİB-in İdarə Heyətinin və  Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.

Tədbirdə çıxış edən TÜİB-in yeni sədri Hüseyn Büyükfırat qurumun gələcək fəaliyyətində heç bir ayrı-seçkiliyin olmayacağını, iş adamlarına siyasi baxışlarına və digər mənsubiyyətlərinə görə deyil, iş qabiliyyətlərinə və Vətənə bağlılıqlarına görə qiymət veriləcəyini deyib.

Xatırladaq ki, bu ilin əvvəlində təsis edilən «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər» İctimai Birliyi (TÜİB) adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox saylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.

Təşkilatın qarşısında duran əsas hədəflər Azərbaycan və Türkiyənin mövcud iqtisadi potensialının gücləndirilməsi, iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, birgə əməkdaşlıq və investisiya yatırımlarını təşviq etməkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment