1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İndoneziya mətbuatında “ASAN xidmət”in uğurlu fəaliyyətindən bəhs olunub
04.10.2017

Baki, FinanceTime. İndoneziya “ASAN xidmət” təcrübəsi əsasında inteqrasiya olunmuş dövlət xidmətləri göstərən vahid mərkəz açmağa hazırlaşır. Bu barədə İndoneziyanın nüfuzlu mətbu orqanında qeyd olunub.

Belə ki, məqalədə ötən həftə İndoneziya Prezidentinin xüsusi elçisi, eyni zamanda İndoneziyanın İnzibati və Bürokratik İslahatlar nazirinin müavininin başçılıq etdikləri nümayəndə heyətlərinin ölkəmizdə səfəri, “ASAN xidmət” modeli ilə yaxından tanış olmaları barədə geniş məlumat yer alıb. “ASAN xidmət”in uğurları, 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi xüsusi vurğulanıb.

Bildirilib ki, Azərbaycanda inteqrasiya olunmuş dövlət xidmətləri göstərən mərkəz vahid məkanda vətəndaşa 400-ə yaxın xidmət təqdim edir. İndoneziyanın Banyuwangi əyaləti də bunu həyata keçirmək istəyir, bunun üçün də bu istiqamətdə fəaliyyətini təkmilləşdirir.

Dünya standartlarına cavab verən bu cür mərkəzlərin fəaliyyəti barədə məlumat verilir ki, bu mərkəzlərdə müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə operativ və rahat formada xidmət göstərilir, bu da öz növbəsində şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.

Qeyd edək ki, cari ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Məqaləyə keçid: https://m.detik.com/news/berita-jawa-timur/d-3666870/mal-pelayanan-publik-di-banyuwangi-akan-dibuka-satu-minggu-lagi?_ga=2.68972625.1312035060.1506997279-587232787.1468337799

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment