Baki, FinanceTime. 04 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)50100461S dövlət qeydiyyat nömrəli,250 mln manat həcmində,28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 17 investor tərəfindən qiyməti99.2278 AZN (10.01%) olan 24 sifariş təqdim edilmişdir.Sifarişlərin nominal qiymətlə ümumi məbləği 445 841 700,00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazlarınyerləşdirilmiş həcmi 250.000.000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 01 noyabr 2017-ci ildir.