1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AZAL Bakıdan Banqkok və Ciddə istiqamətlərində yeni aksiya barədə elan edir
10.10.2017

Baki, FinanceTime. "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan yeni istiqamətlərə - Banqkokvə Ciddəyə uçuşlara yeni aksiya barədə elan edir.

Oktyabrın 10-dan 29-a kimi aviabilet aldıqda Bakı-Banqkok-Bakı reyslərinə aviabiletin qiyməti 599 avro, Bakı-Ciddə-Bakı reyslərinə isə 399 avro təşkil edəcək.

Qiymətə bütün rüsum və yığımlar daxildir.

Aksiya çərçivəsində uçuş tarixləri: 2017-ci il oktyabrın 29-dan 2018-ci il martın 1-ə kimi. Sözügedən reyslər komfortlu Boeing-767 (Bakı-Banqkok) və Airbus A320 (Bakı-Ciddə) laynerləri ilə yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Qış ayları Banqkoku ziyarət etmək üçün ən əlverişli vaxt hesab edilir. Tayland paytaxtına turistik görməli yerləri ziyarət etmək, canlı gecə həyatı və hər zövqə uyğun əyləncə üçün üçün getməyə dəyər. Tayland mətbəxi bir çox turistin Banqkok səfəri üçün daha bir səbəbidir. Ekzotik, qeyri-adi və sərfəli Tayland yeməkləri ən tələbkar qurmanı belə razı sala bilər.

Qış fəsli həmçinin Səudiyyə Ərəbistanıda səyahət etmək üçün çox uğurlu vaxtdır. Ölkənin qərbində yerləşən Ciddə şəhəri həcc ziyarətinin mərkəzi kimi məşhurdur. Burada XX əsrin sonlarında yaradılmış müasir heykəltəraşlıq abidələri geniş şəkildə təqdim olunur. Şəhər və ətrafında çoxsaylı qum çimərliklərimövcuddur. Yaxın mərcan riflərində dayvinqburada çox məşhurdur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az.  Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880E-mail: callcenter@azal.az  

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az. saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment