1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı Bakı Şopinq Festivalının müvəkkil bankıdır
16.10.2017

Baki, FinanceTime. Oktyabrın 15-dən Bakıda start götürən İkinci Şopinq Festivalında müvəkkil bank kimi Azərbaycan Beynəlxalq Bankı da iştirak edir. Çoxsaylı ticarət və xidmət məkanlarının qatıldığı festival müddətində bankın iki xidmət ofisi həftənin bütün günləri saat 10.00-dan 22.00-a qədər müştərilərin xidmətindədir. Bunlar Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti (Nizami küçəsi - 67) və Nəsimi filialıdır (28 may küçəsi, 21A).

Qeyd edək ki, bu festivala qatılan əksər ticarət və xidmət məkanlarının əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması həm turistlərə, həm də yerli alıcılara çox əlverişli fürsətlər qazandırır. Belə ki, “Baku Shopping Festival – Tax Free” nişanı olan məkanlardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala bilirlər. Həmin məbləğ nağd və ya bank hesabına/karta köçürmə yolu ilə əldə edilir.

İkinci Bakı Şopinq Festivalının yaratdığı imkanlardan faydalanan müştərilər “Baku Shopping Festival – Tax Free” nişanlı məkanlarda etdikləri alış-veriş qarşılığında onlardan tutulmuş əlavə dəyər vergisini Azərbaycan Beynəlxalq Bankından rahatlıqla geri ala bilərlər. Bu müddətdə bankın qeyd edilən ofisləri müştərilərə bütün həftə boyu valyuta mübadiləsi xidməti də göstərəcək. Festival noyabrın 15-dək davam edəcək.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment