1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Nobel Oil şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb
17.10.2017

Baki, FinanceTime.  Nobel Oil şirkəti nümunəvimaliyyə fəaliyyətinə görəAzərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusu ilə təltif olunub.

“Şəffaf Vergi Partnyorluğu” təcrübəsinin yaradılması vergi ödəyicisi və vergi orqanı arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində yeni yanaşmadır.

“Şəffaf Vergi Partnyoru” statusunalayiq olmaq üçün şirkət bir sıra meyarlara cavab verməlidir. Vergi ödəyicisi, ilk növbədə, vergiləri tam həcmdə və vaxtında ödəməli, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və milli uçot standartlarına uyğun, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmamalı, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmayan ödəyici olmalıdır.

Nobel Oil ölkənin neft-qaz sektorunda aparıcı şirkətlərdən olaraq dayanaqlı inkişaf istiqamətində davamlı səylər göstərir. Nobel Oil şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment