1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı SİBOS - 2017 beynəlxalq konfransında
18.10.2017

Baki, FinanceTime. Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkiletdiyi SİBOS konfransı bu il 16-19 oktyabr tarixlərində Kanadanın Toronto şəhərində keçirilir. Hər il bu konfransa iri bank və maliyyə qurumlarının nümayəndələri, eləcədə beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır.

Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankının təmsilçiləri də tədbirdə iştirak edir. Konfrans çərçivəsində bankın nümayəndə heyəti xarici banklarla görüşlər keçirib. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin müvəffəqiyyətlə həyata keçirilən restrukturizasiyası prosesi barədə onlara məlumat verilib. Bankın strateji hədəfləri diqqətə çatdırılıb. Qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Məlumat üçün bildirək ki, bu konfransın keçirilməsinə 1978-ci ildən başlanılıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən bu tədbir ümumdünya bank-maliyyə sektorunun mühüm nailiyyətlərindən sayılır.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment