1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank beynəlxalq tədbirlərdə iştirak edib
18.10.2017

Baki, FinanceTime. Kapital Bank 16-19 oktyabr tarixlərində Torontoda keçirilən ənənəvi SIBOS – 2017 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edib. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədrinin birinci müavini Fərid Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə dənüfuzlu tədbirlərdə,dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunublar. SIBOSsərgisi bu il 4 əsas istiqaməti əhatə edib: Bankçılıq, Komplayens, Qiymətli Kağızlar və Texnologiyalar. Mütəxəssislər "Gələcəyin Qurulması" (“BuildingfortheFuture”) mövzusunda olan konfransda, maliyyə sektorunda baş verən dəyişikliklər,kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr ediblər.Səfər çərçivəsində həmçinin Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq, illik yığıncaqda iştirak edib.

“Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri ilə görüşlərimiz oldu. Əsasən banklararası müxbir əlaqələrin qurulması, xəzinədarlıq, qiymətli kağızlar, maliyyə cinayətlərinin qarşısının alınması və valyuta riskləri sahəsində fikir mübadilələri apardıq. Bu ilki tədbirin əsas prioritet istiqamətlərindən biri həmçinin informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Əminəm ki, belə tədbirlərdə iştirak Kapital Bank-ın beynəlxalq əməkdaşlığının inkişafına təkan verəcək” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müaviniFəridHüseynov bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment