Baki, FinanceTime. 17 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102027544 ISIN-li, 20 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7 investor tərəfindən 18 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 94.9613 AZN (10.7000%) və 97.1106 AZN (6.0000%) olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 141 200,00 AZN olmuşdur.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9554 AZN (8.5000%), orta ölçülmüş qiyməti 96.1376 AZN (8.1017%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 20 000 000 AZN təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi – 17 aprel 2018-cu il.
Hərrac iştirakçıları 18 oktyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.