1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda Amerika Ticarət Palatasınının nizamnaməsinə dəyişikliklər edilib
19.10.2017

Baki, FinanceTime. Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”)növbəti ənənəvi aylıq işgüzar naharıbaş tutub. Nahar ABŞ-ın Azərbaycandakı səfiri RobertSekutanın (Robert Cekuta) təqdimatı və Azərbaycanda “AmCham”ınnizamnaməsinə Palatanın Direktorlar Şurası tərəfindən təklif olunmuş dəyişikliklərin qəbulu üçün səsvermə ilə yadda qalıb. Tədbirə “AmCham”a üzv şirkətlərdən 140-dan çox nümayəndə qatılıb. Bundan başqa, tədbir iştirakçıları ABŞ şirkətlərindən ibarət olan ticarət missiyasının nümayəndələri ilə işgüzar əlaqələri qurmaq imkanıqazanıblar.

Tədbirdə çıxış edən Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova iclasınmoderatoru olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri Karter Vilburu (Carter Wilbur) təqdim edib. O, iştirakçıları ABŞ-ın Azərbaycandakı iqtisadi və kommersiya palatalarının fəaliyyəti barədə məlumatlandırıb və çıxış üçün sözü ABŞ kommersiya xidmətinin Türkiyədəki məsləhətçisi VilyamÇaykovskiyəverib. O isə, öz növbəsində,Ankaradakı Kommersiya Xidmətinin Azərbaycan şirkətlərinə köməyi barədə təqdimatla çıxış edib. Bundan başqa, Xarici Özəl İnvestisiyalar Korporasiyasının icraçı direktoru Kennet Encel (Kenneth Angell)rəhbərlik etdiyi təşkilat tərəfindən maliyyələşmənin Azərbaycanda layihələrə necə dəstək ola biləcəyi haqqında məlumat verib.

Öz növbəsində tədbirdə çıxış edən səfir Robert Sekuta ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərindinamikası və inkişaf perspektivləriməsələlərinətoxunub və qarşılıqlı iqtisadi tərəfdaşlığın sadəcə enerji sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda da persperktivlərindən və Azərbaycan iqtisadiyyatının diversifikasıyası üçün ABŞ yatırımlarınınrolundan danışıb. Bununla yanaşı, o,Azərbaycanda “AmCham”ın iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinəvə ölkədə biznes mühitinin yaxşılaşdırılmasına verdiyi töhfənin əhəmiyyətindən bəhs edib.

Son olaraq Azərbaycanda “AmCham”ın prezidenti Nuran Kərimov iştirakçılara Palatanın nizamnaməsinindəyişdirilməsinə dair təkliflər barədə məlumat verib. Ciddi prosedur qaydalarına əsasən keçirilən səsvermədə Palataya daimi üzv şirkətlərin nümayəndələri iştirak edib və təklif olunan dəyişikliklər əksəriyyət tərəfindən qəbul olunaraq səs çoxluğu ilə təsdiq olunub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment