1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Xalq Bank 3-cü rübün nəticələrinə görə maliyyə göstəricilərində dinamik artım nümayiş etdirir
19.10.2017

Baki, FinanceTime. ASC “Xalq” Bankı 2017-ci ilin üçüncü rübünün fəaliyyətinin nəticələrinə əsasən maliyyə göstəricilərində artım nümayiş etdirir. Belə ki,cari ilin üçüncü rübünün sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 8,2% artaraq 1 mlrd 805,244 mln manat təşkil etmişdir.

Həmçinin, Bankın xalis faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 13% artaraq 56 mln 995 min manat, xalis əməliyyat gəlirləri 2 mln 53 min manat təşkil etmişdir. Qeyd etmək lazımdır ki, xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranmışdır. Əgər ötən ilin analoji dövründə Bankın qiymətli kağızlar portfelindən əldə etdiyi gəlir 176 min manat təşkil edirdisə, bu il bu rəqəm 5 milyon manata çatmışdır. Ümumiyyətlə, Xalq Bankın qiymətli kağızlar portfeli cari il ərzində 8 milyon manatdan 116 milyon manata qədər artmışdır. Bank həm yerli, həm də xarici fond bazarlarında müxtəlif valyutalarda aşağı riskli və sabit gəlirli qiymətli kağızlara investisiya aparır. Beləliklə, Xalq Bank 2017-ci il ərzində öz mənfəətliliyini qoruyub saxlamış və ilin ilk üç rübünü 13 mln 124,66 min manat mənfəətlə bitirmişdir.

Bankın nizamnamə kapitalı il ərzində 225 mln 78,6 min manata qədər artırılmışdır ki, bu da 6,35% artım deməkdir. Məcmu kapital isə ötən il ilə müqayisədə 10,75% artaraq 251 mln 843,62 min manata çatmışdır.  2017-ci il ərzində Bank, həmçinin, əlavə olaraq 25 mln 51 min manat məbləğində ehtiyat ayırması edərək ümumi ehtiyatların həcmini 127 mln 897 min manata çatdırmışdır.

Bank tərəfindən effektiv və vaxtında görülən tədbirlər nəticəsində kredit portfelində  vaxtı keçmiş kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 21% azalaraqcəmi63 mln 461 min manat təşkil etmişdir. Həmçinin, xidmət və məhsullar üzrə keyfiyyət standartlarının yüksəlməsi nəticəsində Bankın depozit və kredit portfelləri optimallaşdırılmış, cari ilin üçüncü rübünün sonuna kredit portfeli 1 mlrd 285,399 mln manat, depozit portfeli isə 1 mlrd 186,445 mln manat təşkil etmişdir.

Bankın 2017-ci ildə inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də xidmət şəbəkəsinin genişləndirilməsidir. Belə ki, maliyyə göstəriciləri ilə bərabər Bankın filiallarının sayı da artmışdır. Cari il ərzində açılan “Tovuz” və “Göyçay” filialları müştərilərə geniş spektrli bank xidmətlərini və məhsullarını təqdim edir. Xalq Bankınsayca 29-cu  filialı olan “Göyçay” filialı 16 oktyabr tarixdən fəaliyyət göstərir. Digər prioritet istiqamətlər – bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların artırılmasıdır ki,  kartların sayında müşahidə olunan artım bu sahələrin inkişafının bariz göstəricisidir. Belə ki, kartların sayı ötən ilin sonu ilə müqayisədə72% artmışdır. Bankın ümumi xidmət və məhsullarından faydalanan müştərilərin sayında isəil ərzində 21% artım müşahidə olunur.

2017-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ASC “Xalq” Bankının ölkənin ilk üçlükdə yer alan lider banklarından biri olmasını bir daha təsdiq edir. Bu uğurlar Bankın loyal müştərilərinin,peşəkar əməkdaş komandasının,düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.  Xalq Bank gələcəkdə də stabil inkişafı və maliyyə artımını davam etdirəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment