Baki, FinanceTime. 24 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasıda Koreya Birjasının nümayəndə heyəti ilə görüş təşkil edilmişdir.
Görüş zamanı mövcud Ticarət Sistemlərinin imkanlarının genişləndirilməsi, mövcud bazar alətlərinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq və birgə layihələr baradə müzakirələr aparılmışdır.
Qonaqlar həmçinin BFB-nin açılış zənginin iştirakçısı olmuşdur.
Qeyd edək ki, BFB-nin Ticarət Sisteminin daxil olduğu Azərbaycan Mərkəzi Ticarət Sistemi (CETA) 2016-cı ildə “Azərbaycan Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində Koreya Birjasınının Ticarət Platformaları əsasında yaradılmışdır.