1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) sahibkarlar üçün xidmət spektrini genişləndirir
08.11.2017

Baki, FinanceTime.  Bank VTB (Azərbaycan) sahibkarlara valyuta mübadiləsi əməliyyatları üzrə sərfəli şərtlər təklif edir. İndi bankda dolları rubla birdəfəlik konvertasiya ilə dəyişmək mümkündür. Beləliklə, bankın korporativ müştəriləri dollarları rubla Moskva banklararası valyuta birjasının məzənnəsinə əsasən dəyişə bilər ki, bu da konvertasiya zamanı daha sərfəli məzənnə nəzərdə tutur.

Bundan başqa, biznesi Rusiya bazarı ilə əlaqədar olan sahibkarlar bir sıra rubl əməliyyatları üzrə sərfəli şərtlər qazanır. Müştərilərə hesablaşma-kassa xidmətləri, kredit və overdraft, sənədli əməliyyatlar, depozitlər, biznes kartları, əmək haqqı layihəsi və ekvayrinq kimi xidmətlər təklif olunur. Hesablaşma-kassa əməliyyatları həyata keçirərkən məbləğ üzrə məhdudiyyət yoxdur. Beləliklə, müştəri istənilən həcmdə pul köçürə və ya konvertasiya edə bilər.

Eləcə də bankda VTB qrupun banklarında (VTB (Gürcüstan), VTB (Ukrayna) VTB (Belarus),VTB(Qazaxıstan), VTB24, Poçta Bank (Rusiya)) hesaba köçürmə üzrə müştərilər üçün əlverişli tariflər mövcuddur. Belə ki, qrup daxilində hesaba köçürmələr üzrə komissiya köçürülən məbləğin cəmi 0,1%-ni təşkil edir. Bundan başqa, VTB qrupu daxilində aparıldığı üçün banklararasıköçürmə əməliyyatı çox qısa müddət ərzində həyata keçirilir.

Sahibkarlar üçün nəzərdə tutulan rubl xidmətləri barədə ətraflı məlumatı bankdan əldə etmək mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment