1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in 4G xidmətləri yüksək sürətlə bölgələrə yayılır
17.11.2017

Artıq Bərdə, Şəmkir və Lənkəranda da varıq

Baki, FinanceTime. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və  Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell yeni 4G stansiyalarını quraşdırıb. İndi Bakı, Abşeron yarımadası və Gəncə ilə yanaşı Bərdə, Şəmkir və Lənkərandada Azercell abunəçiləri 4G xidmətinin gücündən yararlana bilirlər. Belə ki, 4G xidmətlərinə qoşulmaq istəyən abunəçilər noyabr ayının 10-dan etibarən Şəmkir, Bərdə və Lənkəranda yerləşən Azercell rəsmi servis məntəqələrindən LTE şəbəkəsini dəstəkləyən Sim kartları təmənnasız olaraq əldə edə bilirlər.

Qeyd edək ki, Azercell 2017-ci ilin sonuna qədər 4G şəbəkəsini sürətlə gücləndirmək və regionlara yaymaq məqsədilə 127 4G stansiyası quraşdırmağı planlaşdırır ki, bunların da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür.  

Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir. 4G-nin təmin etdiyi yüksəksürətli İnternet xüsusilə də cihazdan-cihaza, M2M xidmətlərinin inkişafına təkan verir. Məlumatların ölçülməsi, toplanılması və ötürülməsinə imkan verən bu texnologiya bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s. sahələrdə istifadə olunur.

Qeyd edək ki, Azercell ölkədə ən böyük 4G şəbəkəsinə sahibdir.  2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib.

4,5 milyonluq abunəçi ailəsinə yüksək keyfiyyətli xidmət göstərməyə çalışan Azercell ölkədə ən son texnologiyaların tətbiqini davam etdirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment