1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Barama Lissabon veb-sammitində
21.11.2017

Baki, FinanceTime. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ölkəmizin ən uğurlu startapı “Technote”PAŞA Bankın dəstəyilə Azərbaycanı daha bir beynəlxalq konfransda təmsil etdi. Ölkəmizdən yeganə nümayəndə olaraq Portuqaliyanın Lissabon şəhərində keçirilən veb-sammitə qatılan təmsilçilərimiz bu sammit boyu müxtəlif tədbirlərdə yaxından iştirak edib, təcrübə mübadiləsi aparıblar.

Məlumat üçün bildirək ki, veb-sammit2009-cu ildən etibarən hər il keçirilən texnoloji konfransdır. Hər il bu tədbirə nəhəng şirkətlərdən tutmuş İT sahəsində çalışan kiçik şirkətlərin nümayəndələri, o cümlədən şirkət prezidentləri, startapların qurucuları, həmçinin qlobal texnologiya və əlaqəli sahələrdə çalışan müxtəlif insanlar qatılır. Bu il keçirilmiş tədbirdə 160 ölkədən 60,000-dək nümayəndə iştirak etmişdir. Siyasi sferadan ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, Rəqabət məsələləriüzrə Avropa Birliyinin Səlahiyyətlisi Marqaret Vestaqer və Fransanın keçmiş prezidenti Fransua Holland tədbirdə spiker qismində qatılıb. Bu spikerlərdən əlavə, texnologiya sahəsinin məşhur simaları, o cümlədən İntel,Oracle və Microsoft şirkətinin prezidentləri və digər şirkət rəhbərləri də konfransda iştirak edib. 

Qeyd edək ki,  Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startap-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə yardım edir. İndiyə qədər Barama mərkəzi ölkəmizdə onlarla layihə və müsabiqənin gerçəkləşməsinə şərait yaradıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment