1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ExpressClub səhifəsi yeniləndi!
22.11.2017

Baki, FinanceTime. Müştərilərinin rahatlığını düşünən Expressbank Expressclub layihəsi çərçivəsində sayt səhifəsini yeniləmişdir. Belə ki, artıq hər kəs www.expressclub.az linkinə daxil olaraq maraqları üzrə müvafiq tərəfdaşı asanlıqla tapa, onun haqqında məlumat əldə edə və buradakı alış-veriş zamanı geri qayıdacaq cashback-in həcmi ilə tanış ola bilər. Həmçinin yeni quraşdırılmış filtrlər müştərilərə yaşadıqları şəhər və alış-veriş etdikləri xidmət sahələri üzrə də rahat axtarış etməyə imkan verəcək.

Xatırladaq ki, “ExpressClub” layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən, xərclədikləri vəsaitin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

Expressbank-ın kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartı 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 4000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment