1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab” Bakıda keçiriləcəkbiznes-konfransda sənaye kibertəhlükəsizliyinin sirləriniaçacaq
22.11.2017

Baki, FinanceTime.  “Kaspersky Lab” şirkəti 28-30 noyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi” konfransının tərəfdaşlarından biridir. Tədbirin ilk günündə “Kaspersky Lab” şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoru Andrey Suvorov çıxış edəcək. O, şirkətin sənaye istehsalının təhlükəsizliyi sahəsindəki həlləri və kritik infrastruktur haqqında danışacaq.

Sözügedən konfrans artıq dördüncü dəfə təşkil olunur. Hər il bu tədbir Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistandan hökumət orqanlarının, iri neft emalı zavodlarının və neft-kimya qurumlarının nümayəndələrini, eləcə də mühəndislik və texnoloji şirkətləri bir araya gətirir.Konfransınaçılışını Qazaxıstanın energetika üzrə nazir müavini Maqzum Mirzəqalıyev edəcək, iştirakçılar SOCAR-ın istehsal müəssisələrinə ziyarət edə biləcəklər.

Tədbirdə “Kaspersky Lab” şirkətinin neft-qaz sənayesinin üzləşə biləcəyi hədəf hücumlara həsr olunmuş stendi nümayiş etdiriləcək. Dəmiryol estakadası modeli nümunəsində konfrans iştirakçılarına mümkün kiberhücum ssenariləri təqdim olunacaq (texniki prosesin dayanması, rezervuarın daşması, nasosun sıradan çıxmasıvə s.). Bundan başqa, stenddə bu cür hadisələrin qarşısının alınması yolları haqqında da məlumat veriləcək.

“Bu konfrans – sözsüz ki, regionun neft-qaz sənayesindəki aktual məsələləri və bizim üçün də böyük əhəmiyyət daşıyan inkişaf perspektivləri müzakirə olunan ən mühüm işgüzar platformadır. Günü gündən artan və daha da aktuallaşan kibertəhlükələri nəzərə alsaq görərik ki, istənilən qurumun səmərəli işinin başlıca amili istehsal proseslərinin təhlükəsizliyinin təmin olunmasından asılıdır. Bizim şirkətimiz dərin ekspert biliklərinə malikdir. Bu cür nüfuzlu  bir konfransda neft emalı və neft-kimya sənayesində kibermüdafiənin əhəmiyyəti və xüsusiyyətləri haqqında məlumat verməkdən böyük məmnuniyyət duyacağıq”, - deyə Andrey Suvorov bildirib.

Kaspersky Industrial CyberSecurity”həlli xüsusi olaraq mürəkkəb sənaye mühitlərinin müdafiəsi üçün yaradılıb. Bu həll müəssisənin tələblərinə müvafiq olaraq yüksək uyğunlaşma xüsusiyyəti ilə fərqlənir. Onun əsasında kibertəhlükəsizlik sahəsində uzun illərin təcrübəsi, texnoloji proseslərin avtomatik idarəolunması sistemində yarana biləcək boşluqların təbiətini dərindən anlama və beynəlxalq müdafiə qurumları ilə sıx əməkdaşlıq dayanır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment