Baki, FinanceTime. 21 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105003641 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 95.6262 AZN (14.6000%) və 105.3380 AZN (9.0233%) olan 20 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (12.0000%), orta ölçülmüş qiyməti 100.6401 AZN (11.6321%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 876 200,00 yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi – 19 noyabr 2019-ci il.
Hərrac iştirakçıları 22 noyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.