1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Türk Hava Yolları" görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidmətini istifadəyə verib
22.11.2017

Yeni xidmətlər hazırlıyaraq aviasəyahətləri sadələşdirməyə çalışan "Türk Hava Yolları" görmə qabiliyyəti məhdud sərnişinlər üçün Braylınəlifbası ilə yazılmış basmanaxışlı minik talonları təqdim etməyə başlayıb.

Baki, FinanceTime.  Öz məhsullarına və xidmətlərinə innovasiyaların tətbiqi məqsədilə sərnişinlərin ehtiyaclarını və intizarlarını diqqətlə izləyən "Türk Hava Yolları" görmə qabiliyyəti zəif olan sərnişinlərin həyatını asanlaşdıracaq yeni həll hazırlayıb. Qlobal aviadaşıyıcı görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidməti istifadəyə verib. Bu xidmətə əsasən, onlar İstanbul Atatürk Hava Limanının beynəlxalq terminalında yerləşən xüsusi qeydiyyat masasından Braylın şrifti ilə yazılmış minik talonu əldə edə bilərlər.

Türkiyənin milli aviaşirkəti görmə qabiliyyəti zəif olan əməkdaşlarını tətbiqi layihənin tədqiqatına və işlənməsinə cəlb edib və sağlamlıq imkanları məhdud olan sərnişinlərin bütün ehtiyaclarını diqqətlə araşdırıb, minik talonun basmanaxışlı dizaynını hazırladı. Səyahətçilər üçün ən önəmli məlumatlar – rezervasiya kodu, aviareysin nömrəsi, tarixi və uçuş vaxtı, gediş və gəliş məntəqələri, kreslo və çıxış nömrəsi – minik talonun üzərinə Braylın əlifbası ilə vurulub. Bu pilot layihə ilk olaraq Atatürk Hava Limanında həyata keçirilsə də, yaxın gələcəkdə yeni xidmət digər hava limanlarında da təklif ediləcək.

"Türk Hava Yolları" aviaşirkətinin sağlamlıq imkanları məhdud olan sərnişinlər üçün "maneəsiz səfərlər" xidmətləri bununla yekunlaşmır, çünki əvvəllər milli aviaşirkət filmləri tifloşərh (audio-deskripsiya) ilə təmin edirdi və uçuş zamanı görmə qabiliyyəti məhdud sərnişinlər üçün əyləncə sistemləri vasitəsilə təhlükəsizlik haqqında məlumatlar verirdi. Bundan başqa, "Türk Hava Yolları" ilə səyahət edən və eşitmə qüsuru olan sərnişinlərin uçuşlarını yüngülləşdirmək üçün 100-dən çox bort bələdçisi və yerüstü heyətin üzvləri jestl dilində hazırlıq keçib.

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 300 istiqamət üzrə uçuşlar yerinə yetirən (251 beynəlxalq və 49 daxili) 329 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. 6 il ərzində (2011-2016) aviaşirkət "Avropanın ən yaxşı aviaşirkəti" adına layiq görülüb. 2017-ci ildə “Skytrax” şirkətinin apardığı tədqiqatın nəticələrinə görə, “Türk Hava Yolları” ardıcıl doqquzuncu dəfə olaraq "Cənubi Avropanın ən yaxşı aviaşirkəti" seçilib. Aktivində 2010-cu ilin “Təyyarənin göyərtəsində ən yaxşı ekonom-klass qidalanması” dünya mükafatı olan “Türk Hava Yolları” 2013, 2014, 2016 və 2017-ci illərdə “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması” mükafatı alıb. 2015-ci və 2017-ci illərdə “Ən yaxşı biznes-zal” mükafatına layiq görülən “Türk Hava Yolları” sorğunun nəticələrinə əsasən, cari ildə “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatı ilə ardıcıl üçüncü dəfə təltif edilib. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

 

“Star Alliance” haqqında:

“Star Alliance” 1997-ci ildə səyahət edən sərnişinləri dünyanın istənilən nöqtəsinə çatdırmaq, həmçinin onların stimullaşdırmaq və səmərəli xidmət göstərmək məqsədilə aviaşirkətlərin birinci ümumdünya alyansı kimi yaradılıb. Bazarda alyansa olan münasibəti onun çoxsaylı mükafatları təsdiq edir – “Dünya bazarında hava nəqliyyatı üzrə liderlik mükafatı” (“Air Transport World Market Leadership Award”), həmçinin “Business Traveller Magazine” və “Skytrax”a görə, “Ən yaxşı aviasiya alyansı” rütbəsi da bura daxildir. Alyansın tərkibinə aşağıdakı aviaşirkətlər daxildir: “Adria Airways”, “Aegean Airlines”, “Air Canada”, “Air China”, “Air India”, “Air New Zealand”, ANA, “Asiana Airlines”, “Austrian Airlines”, “Avianca”, “Avianca Brasil”, “Brussels Airlines”, “Copa Airlines”, “Croatia Airlines”, “EgyptAir”, “Ethiopian Airlines”, “EVA Air”, “LOT Polish Airlines”, “Lufthansa”, “Scandinavian Airlines”, “Shenzhen Airlines”, “Singapore Airlines”, “South African Airways”, “Swiss”, “TAP Portugal”, “Turkish Airlines”, THAI və “United”. “Star Alliance” şəbəkəsinə daxil olan aviaşirkətkər hazırda 190 ölkənin 1 300 hava limanına 18 450-dən çox gündəlik reyslər həyata keçirirlər. Digər əlaqələndirici reyslər “Star Alliance”ın tərəfdaşı olan “Juneyao Airlines” tərəfindən təklif olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment