1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” BakuTel sərgisində ən son məhsullarını təqdim edəcək
04.12.2017

Baki, FinanceTime.  “Nar” BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır.

Dörd gün ərzində davam edəcək sərgi müddətində “Nar” səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)xidmətini, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet, IPTV və mobil rabitə xidmətlərini vahid ödənişlə təklif edən “Qutu” məhsulunu, ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu yeni “Full” paketlərini, xaricdə alış-veriş edərkən əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması prosesini sadələşdirən “Nar TaxFree” mobil tətbiqini və digər nailiyyətlərini sərgi iştirakçılarına təqdim edəcək.  

Sərgi iştirakçıları LTE-A (LTE-Advanced) innovativ texnologiyasının test sınamasında iştirak edərək, “Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını da bilavasitə sınaqdan keçirə biləcəklər. 

Sərgi günlərində “Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışmalar da keçiriləcəkdir. Məsələn, “İrşad Electronics” mağazalar şəbəkəsi ilə birgə təşkil ediləcək müsabiqə çərçivəsində “Nar” stendinin qonaqları dəyərli smartfon qazanmaq şansına sahib olacaqlar. Qeyd edək ki, müsabiqə bütün sərgi günlərində təşkil ediləcək və hər bir günün qalibi smartfona sahib olacaq. 

“Nar” hər kəsi 5-8 dekabr 2017-ci il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisindəki “Nar” stendinə dəvət edir.  

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment