1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda ilk “Marketinq Sammit” keçiriləcək
06.12.2017

Baki, FinanceTime. İxrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq bu gün hər bir sahibkar üçün çox vacibdir. Bəs bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək lazımdır? Bundan başqa ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular da meydana gəlməkdədir.

Bütün bunları nəzərə alaraq 23 Dekabr 2017-ci il tarixində AzMarketinq MMC-nin təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin inkişafına həsr olunacaq birinci “Marketinq Sammiti” təşkil olunacaqdır. Sammitin Məqsədi qlobal marketinq ilə lokal marketinqi sintez edib Qlokal Effekt yaratmaq, dövlətin strateji yol xəritəsinin əsas cizgilərinə uyğun olaraq «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarının müzakirəsinin aparılmasıdır. Sammitdə Azərbaycan və Türkiyədən qatılacaq spikerlərin real, praktik mövzular əsasında fikirləri səslənəcəkdir. 200 nəfərdən çox  qonağın, 2 ölkədən 6 spikerin qatılacağı birinci “Marketinq Sammiti” Azərbaycanda marketinq sektorunda dövlətin ixrac siyasətinə, strateji yol xəritəsinə istiqamətlənmiş ilk layihə kimi tarixə düşəcək və strateji yol xəritəsinə uyğun olaraq qarşıdakı illərdə də təşkil olunmaqda davam edəcəkdir. Sammit haqqında geniş məlumatı www.marketingsummit.az internet saytından və sammit üçün yaradılmış https://www.facebook.com/marketinqsammiti/ facebook səhifəsindən əldə etmək mümkündür. Ölkəmizdə belə bir qlobal layihənin keçirilməsində Azərbaycandan Azpromo, Yelload, Vitam, Comunikal, Wplus vip service, BrandMAPAz, AzDigital, Türkiyə tərəfdən isə BrandMAPTr, BrandSuite, Orient Dünya Poligrafi  kimi qurumlar da təşkilat komitəsi ilə yol yoldaşı olmuşdur. Onların da belə bir tədbirdə yer alması “Made in Azerbaijan” siyasətinə olan dəstəyi və ölkəmizdə sağlam marketinq və menecment strukturunun qurulması üçün atmış olduğu addımlardandır.

Təşkilat komitəsi olaraq ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment