1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ADA Universitetində biznes sektorunun liderləri ilə görüş keçirilib
06.12.2017

Baki, FinanceTime.  ADA Universiteti bu il başladığı “İnkişaf naminə 100 yeni tərəfdaş” adlı kampaniyası çərçivəsində biznes sektorunun liderləri ilə hesabat tədbirini keçirib. Qeyd edək ki, ADA Universiteti yarandığı ilk gündən məşğulluq bazarında təmsil olunan sektorlarla əməkdaşlıq etsə də, ölkədə  “bilik iqtisadiyyatı“nın inkişafı bu əməkdaşlığı şaxələndirmək zərurətini ortaya qoyub. Yeni kampaniya çərçivəsində ADA şirkətlərlə  üç əsas istiqamət üzrə işləyir: ADA tələbələri üçün müxtəlif sahələrdə staj imkanları, şirkətlər üçün İxtisasartırma Proqramları və tələbə təqaüdləri. Bu maliyyə dəstəyi hesabına həmçinin Universitetdə tələbələrin “start up” ideyalarını inkişaf etdirən “Innovasiya Mərkəzi” yaratmaq mümkün olub. Tədbirdə ADA tələbələri ən uğurlu start up layihələrini biznes sektoru liderlərinə təqdim etdilər.

Hesabat tədbirini yekunlaşdıran Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirdi: “Müstəqil Azərbaycan Respublikası son illər bütün sahələrdə əhəmiyyətli inkişaf əldə etmişdir. Bizim ölkənin beynəlxalq miqyasda uğurlu olması üçün bütün resursları var. Lakin insan resurslarından hələ ki tam səmərəli istifadə edə bilməmişik. ADA Universitetinin missiyası Azərbaycana müxtəlif sahələrdə yüksək səviyyəli insan resursunun hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə Universitetin göstəriciləri məmnunluq doğurur- məzunların 90% Universiteti bitirdikdən üç ay sonra iş tapırlar.” Rektor vurğulamışdır ki, ADA Universiteti tək Azərbaycan üçün yox, qlobal miqyasda mükəmməl kadrlar yetişdirməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə sənaye sektoru ilə yaxın münasibətlər qurmaq vacibdir. 

ADA Universitetinin tədbirinə 40 digər bzines sektorunun lidelrəri ilə qoşulan  "PricewaterhouseCoopers" (PwC) şirkətinin Azərbaycandakı nümayəndəliyinin idarəedici partnyoru  Mövlan Paşayev Universitetlə qurulan münasibətlərindən məmnunluğunu ifadə edib: “Bu günə kimi şirkətimizdə ADA Universitetinin 20 tələbəsi və məzunu staj və məşğulluq imkanlarından yararlanıb. Deyə bilərəm ki, bu gənclərin keyfiyyətcə fərqləndiyi dərhal nəzərə çarpır: onlar müasir biznes mühitinə uyğun, praktiki və ən son bilik və bacarıqlara malikdirlər. ADA Universitetinin təhsil fərqi də məhz bundadır.”


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment